Xəbərlər
  • Embawood şirkətinin baş direktoru Elşad Abbasov

    "Embawood" MMC-nin baş direktoru Elşad Abbasov Yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edib. 

    Şirkət rəhbəri qeyd edib ki, şirkətimiz məhsul istehsalı üçün lazım olan xammalı müxtəlif MDB ölkələrindən alır. Bu baxımdan, məhsullarımızın maya dəyərini aşağı salmaqla rəqabətqabiliyyətliliyinin gücləndirilmək, istehsalımızın artırılmaq, həmçinin Rusiya, Qazaxıstan və Orta Asiya ölkələrinə ixrac imkanlarımızı genişləndirmək üçün həmin xammal materiallarının gömrük rüsumlarından azad olunması məqsədəuyğun olardı”. 

    1996-cı ildə Masallı rayonunda yaradılan "Embawood" şirkəti ümumilikdə müəssisənin yaradılmasına və inkişaf etdirilməsinə 80 milyon manat investisiya qoyulub. Hazırda şirkətin Azərbaycanda 135 brend mağazası fəaliyyət göstərir və istehsal olunan məhsulların “EMBAWOOD”, “Madeyra” və “İdeal Dizayn” markaları altında satışı həyata keçirilir. 

    Bu gün "Embawood" şirkətində 2000-dək işçi çalışır. Təkcə son 3 ildə müəssisəmiz tərəfindən dövlət büdcəsinə 25 milyon manat məbləğində vergilər və sosial ödənişlər həyata keçirilib. 

    Xatırlatmaq istərdik ki, şirkət 1996-cı ildə qurulmuşdur. Bazarda olduğu 19 il ərzində “Embawood” mağaza şəbəkəsi 10 ölkədən artıq, fabrikləri isə Azərbaycan, Gürcüstan, Ukrayna və Qazaxıstanda fəaliyyət göstərir. Əlavə olaraq Rusiya, Türkiyə, Qazaxıstan və Gürcüstanda regional nümayəndəliklər mövcuddur.  

     

     


    Bütün xəbərləri göstər
  • Rino
  • Toledo 2
  • Prestij 3
  • Prestij 2
  • İnfinity 3
  • Frost 3
  • Frost 2
  • Allegro Nova
  • Lucia
    1837 AZN
  • Vista
    893 AZN
  • Vista
    545 AZN
  • Vera
    1854 AZN
  • Tiffany
    1544 AZN
  • Tiffany
    1163 AZN
  • Senyora
    118 AZN
  • King
    1338 AZN
  • Happy
    1113 AZN
  • Bianco
    1291 AZN
  • Levante
    641 AZN
  • Levante
    1039 AZN