EMBAWOOD “Rebuild Karabakh” və “Baku Build” sərgisində
heart icon
Sifarişi tamamla

Səbətiniz boşdur!

Arzu siyahısı

Sizin arzu siyahınız boşdur.

EMBAWOOD “Rebuild Karabakh” və “Baku Build” sərgisində

2021-10-22

20-22 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində baş tutan "Rebuild Karabakh" - 1-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisində Embawood şirkəti də öz stendi ilə iştirak etmişdir. Şirkət öz məhsullarını 3 gün boyunca yerli və xarici şirkətlərin nümayəndələrinə və sərgi ziyarətçilərinə təqdim etmişdir. Sərgidə özəl mətbəx mebelləri istehsalında yer alan Embakitchen brendi, ev mebelləri kateqoriyasında məhsullar təqdim edən Embawood və Madeyra brendləri nümayiş etdirilmişdir. Özəl sifarişlə ofis mebeli həlləri hazırlayan İdeal dizayn brendinin məhsulları sərgi ziyarətçiləri tərəfindən böyük marağa səbəb olmuşdur. Embawood şirkəti mebel istehsalçılarını xammalla təchiz edən Embapanel brendini də Baku Build - 26-cı Azərbaycan Beynəlxalq İnşaat sərgisinin iştirakçılarına təqdim etmişdir.

Sərgidə Qarabağın yenidən inkişafı üçün müxtəlif məhsullar və həllər irəli sürülmüşdür. Embawood şirkəti də həmçinin dövlətin bu istiqamətdə həyata keçirdiyi və keçirəcəyi layihələrdə hər zaman öz töhfəsini verməyə hazırdır. Qeyd edək ki, “Rebuild Karabakh” sərgi sahəsinin satışından əldə olunan gəlirin bir qismi  işğaldan azad olunan ərazilərin bərpası və yenidənqurulması istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Görüntülü məsləhətçi