Haqqımızda
heart icon
Sifarişi tamamla

Səbətiniz boşdur!

Arzu siyahısı

Sizin arzu siyahınız boşdur.

Haqqımızda

1996- cı ildə fəaliyyətə başlayan İlk yerli mebel brendi olan Embawood müştəri yönümlü strategiyasını özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işləri görməyə davam edir. Embawood mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemini yeniləyərək, xidmət səviyyəsini daha yüksək pilləyə qaldırmışdır. Şirkət qarşısına qoyduğu bütün məqsədlərə çatmaq üçün məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsipləri əsas meyar olaraq seçmişdir. Embawood MMC Bakı şəh., Yasamal ray., Bəsti Bağırova küç., 15A, (1) ünvanda 6400009481 qeydiyyatlı VÖEN altında fəaliyyət göstərir. Azərbaycanın Masallı, Xırdalan və Sumqayıt şəhərlərində, həmçinin Ukrayna , Gürcüstan kimi ölkələrdə şirkətin toplam olaraq 6 fabriki fəaliyyətini davam etdirir.  Bundan əlavə, adıçəkilən ölkələrdə Embawood brendinin mağazaları mövcuddur.

Tariximiz

Bu period ərzində şirkətin tarixində baş vermiş əhəmiyyətli hadisələr:

1996-cı il -Masallıda istehsalın qurulması;

2000-ci il -  Xırdalanda ikinci fabrikin açılması;

2000-ci il  - Ev mebeli ilə yanaşı İdeal Dizayn adlı ofis mebeli brendinin açılması;

2002-ci il -  Embawood brendinin bazara çıxarılması;

2004-cü il - İSO 9001:2000 Beynəlxalq “Keyfiyyətin İdarə Edilməsi Sistemi” üzrə sertifikatın alınması;

2005-ci il - Regional anbarların qurulması;

2006- cı il - Tiflis şəhərində daha bir fabrikin açılması,

2007-ci il - İlk mağazanın açılması, pərakəndə satışın əsasının qoyulması;

2008-ci il - Xarici bazarlarda bazar payının götürülməsi;

2009-cu il - MDB məkanında ilk EN standartları ilə fəaliyyət göstərən Keyfiyyət sınaq laboratoriyasının qurulması;

2010-cu il -  Ukraynanın qərbində, Samborda fabrik açıldı

2010-cu il - İkinci ev mebeli brendi - Madeyranın, döşək brendi - Dolce Nochenin bazara çıxarılması

2011- ci il  Embawood brendi rebranding etdi

2014 - ci il  Qazaxıstan mebel fabrikinin açılması

2015- ci il OHSAS 18001 .2007 Ətraf mühit və təhlükəsizlik üzrə sertifikatın alınması

2015- ci il İSO 14001 ..2004 Beynəlxalq “Keyfiyyətin İdarə Edilməsi Sistemi” üzrə sertifikatın alınması;

2015 - ci il Memarlıq və İnşaat üniveristeti ilə Embawood şirkəti arasında Memorandum imzalanması

2016- cı il  Şirkət daxilində Müşahidə Şurasının Yaradılması. Şirkətin CEO tərəfində idarə edilməsi.

2017 - ci il Memarlıq və İnşaat üniversitetində Embawood emalatxanasının qurulması

2017 - ci il Şirkət təsisçisi Elşad Abbasovun Tərəqqi medalı ilə təltif edilməsi.

Görüntülü məsləhətçi