Qarabağ Dirçəliş Fondu tərəfindən EMBAWOOD MMC-yə ianə sertifikatı təqdim olundu
heart icon
Sifarişi tamamla

Səbətiniz boşdur!

Arzu siyahısı

Sizin arzu siyahınız boşdur.

EMBAWOOD MMC-yə sertifikat təqdimatı

2022-03-01

1 mart 2022-ci il tarixində Qarabağ Dirçəliş Fondu, “Opalus Partners Group” və “Geopro” şirkətlərinin birgə təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına dəstək olmaq məqsədilə “korporativ ianəçilik mədəniyyətinin təşviqi” mövzusunda fikir mübadiləsi görüşü keçirilib.

Tədbirin əsas məqsədi ianə mədəniyyətini təbliğ etmək, bu mövzuda maarifləndirmə aparmaqla şirkət daxilində işçi heyətin funksional aktivliyini, mədəni, mənəvi və milli dəyərlərə sadiqliyini artırmaq və Qarabağın dirçəlişi uğrunda həmrəylik göstərməyə təşviq etməkdir.

Ölkənin aparıcı şirkətlərinin iştirakı ilə keçirilən tədbirə Embawood MMC adından İşə qəbul və karyera inkişafı şöbəsinin müdiri Aysel Səlimli və İctimaiyyətlə əlaqələr üzrə menecer Aynurə Həsənova dəvət edilmişdir. Görüşdə Qarabağ Dirçəliş Fondu tərəfindən Zəngilan şəhərində 500 ağacın əkilməsi üçün göstərilən dəstəyə görə "Embawood" MMC-yə ianə sertifikatı təqdim olunub.

Xatırladaq ki, Vətən Müharibəsinin ilk günlərində “Embawood” şirkəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna 200 000 manat, “YAŞAT” fonduna 100 000 manat və Qarabağ Dirçəliş Fonduna 100 000 manat məbləğində ianələr etmişdir.

Qeyd edək ki, şanlı Qələbə ilə nəticələnən Vətən müharibəsində “Embawood” MMC-nin 46 nəfər əməkdaşı ordu sıralarına cəlb edilmiş və vətən qarşısında olan vətəndaşlıq borclarını şərəflə yerinə yetirmişlər.

Qarabağın bərpası və inkişafı istiqamətində həyata keçirilən layihələr tarixi Zəfərimizin davamıdır. Bu kimi təşəbbüslərə Embawood MMC öz dəstəyini göstərməyə hər zaman hazırdır. 





Görüntülü məsləhətçi