heart icon
Sifarişi tamamla

Səbətiniz boşdur!

Arzu siyahısı

Sizin arzu siyahınız boşdur.

"Embawood" MMC yaşıllaşdırma aksiyasını keçirib

2023-05-25


“Heydər Əliyev ili”nə həsr olunan sosial tədbirlər çərçivəsində və 28 may Müstəqillik Günü ərəfəsində Embawood MMC əməkdaşları tərəfindən ağacəkmə aksiyası keçirilib.

 Şirkət əməkdaşlarının iştirakı ilə Abşeron rayonu, Bakı-Şamaxı yolu ərazisində yerli iqlim şəraitinə və mövsümə uyğun 100 ədəd həmişəyaşıl dekorativ bitkilər əkilib, suvarılması təmin edilmişdir. Ekoloqların iştirakı və məsləhətləri ilə qapalı kök sistemində əkilən hər ağacın sabit böyüməsi üçün lazımi vasitələrdən istifadə edilib.

 Azərbaycanda ətraf mühitin qorunması və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə verilməsi, ətraf mühitə qarşı qayğı ilə yanaşma hisslərini aşılamaq və ekoloji stabiliyyin qorunmasına xidmət edən bu tədbirlərin Embawood tərəfindən gələcəkdə də davamlı şəkildə keçirilməsi planlaşdırılır.


Görüntülü məsləhətçi