heart icon
Sifarişi tamamla

Səbətiniz boşdur!

Arzu siyahısı

Sizin arzu siyahınız boşdur.

“Zəfərdən Dirçəlişə” layihəsinə dəstək

2022-01-31

 “Zəfərdən Dirçəlişə” layihəsinə dəstək

İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinin aparılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə “Qarabağ Dirçəliş Fondu” yaradılmışdır.

Fondun “Zəfərdən Dirçəlişə” adlı layihənin əsas məqsədi Qarabağın məhv olmuş meşələrinin, flora və faunasının yenidən bərpası, ekoloji terrora məruz qalmış ərazilərin dayanıqlı məskunlaşma üçün müasir regiona çevrilməsidir. İşğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın və biomüxtəlifliyin bərpasına yönəldilmiş belə tədbirlərdə dövlət və özəl sektor yaxından tərəfdaşlıq göstərir.

Bu istiqamətdə aparılan işlərə “Embawood” şirkəti də öz dəstəyini göstərərək, Qarabağ Dirçəliş Fonduna Zəngilan şəhərində 500 ağacın əkilməsi üçün ianə etmişdir. Qeyd edək ki, “Zəfərdən Dirçəlişə” adlı layihə çərçivəsində Zəngilan şəhərinin girişində, 30 hektar ərazidə, əsasən yerli iqlim şəraitinə uyğun 30 min ağacın əkilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Vətən Müharibəsinin ilk günlərində “Embawood”, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna 200 000, “YAŞAT” fonduna 100 000 və Qarabağ Dirçəliş Fonduna 100 000 manat məbləğində ianə etmişdir.

Vətəninə hər zaman tövhə verməyə hazır olan “Embawood” brendinin Korporativ sosial məsuliyyət çərçivəsində dəstək olduğu layihələr barədə ətraflı məlumat almaq üçün www.embawood.az rəsmi saytına daxil olub məlumat əldə etmək mümkündür.

 

Görüntülü məsləhətçi