Embawood-un bir neçə mağazası yeni konseptdə təqdim olundu
heart icon
Sifarişi tamamla

Səbətiniz boşdur!

Arzu siyahısı

Sizin arzu siyahınız boşdur.

Embawood-un bir neçə mağazası yeni konseptdə

2021-12-25


Əsrin dörddə biri qədər yol qət etmiş Embawood brendi bu ili ayrıca təntənə ilə qeyd etdi. 25 illik fəaliyyəti boyunca Embawood, müştəri yönümlü strategiyası  ilə hər zaman alıcıları üçün rahat və əlverişli mühit yaratmağa çalışıb. Eyni ənənəni davam etdirən brend cari ildə də öz fəaliyyətinə müəyyən yeniliklər qatdı. Beləliklə, son illərin trendinə çevrilən neoklassik üslubda təmir edilmiş mağazaların açılışı baş tutdu.

Mağazaların dizaynında istifadə edilən rənglərin və dekor elementlərin öz məqsədi və mənası vardır. Sərgilənən mebellərin daha çox önə çıxması üçün dizaynda açıq rənglər üstünlük təşkil edir. İllər boyu brendin konseptində istifadə olunan yaşıl rəng element və çalarları bu mağazalara da yansıdılaraq daha xoş və isti abu-hava yaratmışdır. Yeni konseptin əsas özəlliyi də mağaza loqolarının eleqantlıq, güc rəmzi olan qara və qızılı rənglərə boyanmasıdır.

Mağazalarda tətbiq edilmiş yeni konsept müştərilərin böyük marağına səbəb olmuşdur. Brend növbəti 2022-ci il üçün də daha bir neçə mağazasını yeni konseptdə təqdim etməyi planlaşdırır. 













Görüntülü məsləhətçi