Embawood MMC 23-28 yanvar tarixlərində Avropanın ən böyük mebel sərgisi olan “İstanbul Mebel Sərgisi 2024”-də öz stendi ilə iştirak edib.
heart icon
Sifarişi tamamla

Səbətiniz boşdur!

Arzu siyahısı

Sizin arzu siyahınız boşdur.

Embawood MMC 23-28 yanvar tarixlərində Avropanın ən böyük mebel sərgisi olan “İstanbul Mebel Sərgisi 2024”-də öz stendi ilə iştirak edib.

2024-01-31

“Tüyap Sərgi ve Konqres Mərkəzi” və “İstanbul Sərgi Mərkəzi”ndə keçirilən sərgi 250 000 kvadrat metr ümumi sahəni əhatə edərək Avropanın ən böyük mebel sərgisi olmaqla yanaşı, dünyanın ən böyük 3 mebel sərgisindən biridir. Altı gün davam edən sərgidə fərqli ölkələrdən mindən çox şirkət öz məhsullarını sərgiləmişdir. Ümumilikdə isə 156 ölkədən 167 500 iştiraçı sərgini ziyarət etmişdir.

“Embawood” şirkəti sözügedən sərgidə öz stendi ilə çıxış etmişdir. Şirkətin yataq, qonaq, uşaq otağı mebelləri ilə yanaşı, həmçinin yumşaq mebel dəstləri, stul və masalar stenddə sərgilənmişdir. “Embawood”un stendi bir çox Avropa, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrindən olan ziyarətçilər tərəfindən maraqla qarşılanmışdır. Stendin ziyarətçilərinə, Embawood şirkəti və onun məhsulları haqqında məlumat verilmişdir.  Qeyd edilən ölkələrdən bir çox şirkət ilə “Embawood” nümayəndələri arasında görüşlər keçirib və məhsul ixracına dair müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycanın ilk yerli mebel brendi olan Embawood Azərbaycanın Masallı, Xırdalan və Sumqayıt şəhərlərində, həmçinin Ukrayna və Gürcüstanda şirkətin toplam olaraq 6 fabriki fəaliyyətini davam etdirir.  Bundan əlavə, adıçəkilən ölkələrdə  Embawood brendinin mağazaları mövcuddur. 

https://www.youtube.com/watch?v=crqLZDDIQe8

Görüntülü məsləhətçi