heart icon
Sifarişi tamamla

Səbətiniz boşdur!

Arzu siyahısı

Sizin arzu siyahınız boşdur.

Türkiyə Milli Təhsil Nazirliyinin nümayəndələri Embawood istehsalat prosesi ilə tanış olublar.

2023-06-06

Embawood MMC-nin uzun müddət əməkdaşlıq etdiyi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi vasitəsilə Türkiyə Milli Təhsil Nazirliyinin nümayəndələri Xırdalan Mebel Fabrikinin istehsalat imkanları ilə tanış olublar.

Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində aparılan tədbirlər çərçivəsində, ölkədə yeni peşə təhsil müəssisələrinin qurulması və orada tədris olunacaq 5 ixtisas qrupu üzrə proqramların yerli şəraitə uyğunlaşdırılmasına dair razılaşma protokolu imzalanmışdır. Peşə təhsili veriləcək bu 5 istiqamətlərin arasında mebel və interyer dizayn sahəsi yer aldığına görə, Türkiyə Milli Təhsil Nazirliyinin və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri ilə Embawood MMC-nin əməkdaşları arasında görüş təyin olunmuşdur.

Xırdalan Mebel Fabrikində keçirilən bu görüşdə Türkiyə Milli Təhsil Nazirliyinin əməkdaşları Murat Altıparmak və Gonce Alhas, Peşə Təhsil Mərkəzinin əməkdaşı Ayşən Həsənova, Embawood MMC-nin İnsan Resursları Deparmanetinin əməkdaşı Məleykə Dadaşova iştirak etmişdir.

Türkiyə Milli Təhsil Nazirliyinin nümayəndələrinə müəssisənin ümumi iş prosesinin mahiyyəti, məhsulların istehsal mərhələləri və avadanlıqlar haqqında ətraflı məlumat təqdim olunub. Embawood MMC-nin istehsalat prosesi və maddi-texniki baza ilə əyani tanışlıq qonaqlar tərəfindən yüksək qiymətləndirilmiş və yeni peşə təhsil müəssələrində lazımi texniki şəraitin qurulmasında olduqca faydalı olduğu vurğulanmışdır. 



Görüntülü məsləhətçi