heart icon
Sifarişi tamamla

Səbətiniz boşdur!

Arzu siyahısı

Sizin arzu siyahınız boşdur.

“Qarabağ gecəsi” xeyriyyə konsertinin keçirilməsinə dəstək

2023-06-09

Embawood MMC, 17 iyun 2023-cü il tarixində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Gəncə şəhərində keçiriləcək “Qarabağ gecəsi” adlı xeyriyyə konserti üçün ianə etdi.

Embawood MMC Qarabağ Dirçəliş Fondunun donor şirkəti olaraq ianə edərək əldə etdiyi biletləri Gəncədə keçiriləcək konsertdə iştirak etmələri üçün şəhid və qazi ailələrinə hədiyyə etdi.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq konsertdə Xalq artistləri Azər Zeynalov, Teyyub Aslanov, Simarə İmanova, Əməkdar artistlər Gülüstan Əliyeva, Almaz Orucova, Aybəniz Haşımova, Nuriyyə Hüseynova, Sevinc Sarıyeva, solistlər Vəfa Vəzirova, Taleh Yəhyayev, Fəxri Kazım-Nicat, Cəlal Kərimov, Nurlana Abdullayeva, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, eləcə də “Sənət Akademiyası”nın tələbələri çıxış edəcəklər.

Konsert AZTV telekanalının efirində 17 iyun saat 16:00-da canlı yayımda nümayiş etdiriləcək.

Konsertdən əldə ediləcək vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.

Görüntülü məsləhətçi