heart icon
Sifarişi tamamla

Səbətiniz boşdur!

Arzu siyahısı

Sizin arzu siyahınız boşdur.

“Embawood” ölkə xaricində növbəti mağazasını açdı

2023-08-14

Azərbaycanın ilk milli mebel brendi “Embawood”, xarici ölkələrdəki mağaza şəbəkəsini genişləndirməyə davam edir.

9 avqust tarixində Tacikistanın Suqdi vilayətində, Xücənd şəhərində “Embawood” brend mağazanın açılışı baş tutub. Yeni mağazada digər mağazalarda olduğu kimi, müasir və funksional ev interyeri üçün geniş mebel seçimi təqdim olunur. Qonaq, yataq və gənc dəstləri, dəhliz üçün həllər, o cümlədən geniş parça və rəng çeşidli yumşaq mebel, mağazada müştərilərin rahat seçimi üçün sərgilənib.

Mağazanın açılış mərasiminə Suqdi vilayətinin sədri Rəcəbboy Əhmədzoda dəvət almışdır. Açılış mərasimində Tacikistanın yerli telekanala müsahibədə ölkədə “Embawood” brendinin uğurlu fəaliyyəti vurğulanıb, şəbəkə rəhbərliyi tərəfindən də brendə olan xoş münasibət və fəaliyyətlərində dəstək qarşılıqlı olaraq yüksək qiymətləndirilmişdir.19-ci məhəllə, Daşkənd prospekti, ev 53 ünvanında yerləşən yeni mağaza Tacikistandakı sayca dördüncü, Xücənddə isə ikincidir. Digər iki “Embawood” mağazaları Tacikistanın paytaxtı Düşənbə şəhərindən fəaliyyət göstərir. Qeyd edək ki, Azərbaycan mebel brendi “Embawood” ölkədaxili və xarici ölkələrdəki satış nöqtələrini genişləndirməkdə davam edəcəkdir. Azərbaycanda 1996-cı ildə milli mebel brendinin təsis edən şirkət, hazırki dövrdə 7 fabrik və 160-dən çox rəsmi satış nöqtəsini Azərbaycan,Tacikistan,Gürcüstan,Qazaxıstan və Ukrayna kimi ölkələrdə birləşdirir.

“Embawood” brendinin Azərbaycandakı mağaza ünvanları və məhsul çeşidi haqqında ətraflı məlumat www.embawood.az rəsmi sayt vasitəsilə əldə etmək mümkündür.

 

Görüntülü məsləhətçi