heart icon
Sifarişi tamamla

Səbətiniz boşdur!

Arzu siyahısı

Sizin arzu siyahınız boşdur.

"Dual Peşə Təhsil" proqramı çərçivəsində işəgötürənlərlə əməkdaşlıq

2023-07-24

"Dual Peşə Təhsil" proqramı çərçivəsində işəgötürənlərlə əməkdaşlıq: nəticələr və imkanlar mövzusunda keçirilən tədbirdən olan daha bir uğurumuzu təqdim etmək istəyirik. Dual təhsil, tələbələrə tədris ili ərzində nəzəri bilikləri peşə təhsili müəssisəsində, praktiki təcrübəni isə müxtəlif işəgötürən müəssisələrdə almaq imkanı verir, işəgötürənlərin kadr ehtiyaclarına uyğun mütəxəssislər hazırlanması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsini təmin edir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, eyni zamanda Birləşmiş Millətlər təşkilatının dəstəyi ilə keçirilən belə bir geniş proqramda Embawood MMC olaraq verdiyimiz töhfə bizi çox qururlandırır.

Görüntülü məsləhətçi