“Embawood” çövkən komandası təsis edilib!
heart icon
Sifarişi tamamla

Səbətiniz boşdur!

Arzu siyahısı

Sizin arzu siyahınız boşdur.

“Embawood” çövkən komandası təsis edilib!

2024-01-16

Azərbaycanda atçılıq idman növlərinin inkişafına daim dəstək verən “Embawood” MMC artıq yarışlarda öz çövkən komanadası ilə iştirak edəcək. “Embawood” çövkən komandası 5 oyunçudan və 7 Qarabağ atından ibarətdir.

Azərbaycan atçılığın qədim vaxtlardan inkişaf etdiyi ölkələrdən biridir. Təsadüfi deyil ki, Qarabağ atları bütün dünyada öz gözəlliyi, möhkəm bədən quruluşu və çevikliyi ilə məşhurdur. At üstü milli oyunlardan biri olan çövkən idman növü qədim dövrlərdən Azərbaycanda yaranmış və inkişaf edərək günümüzə gəlib çatmışdır. 2013-cü ildən etibarən, çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb.

Qeyd edək ki, Qədim atüstü milli oyunlarımızın geniş xalq kütlələri arasında yayılması, atçılıq idmanının və milli atçılığın inkişaf etdirilməsi üçün “Embawood” şirkəti əvvəlki illərdə də çövkən ilə yanaşı, atçılığın digər növləri üzrə turnirlərin keçirilməsinə dəstək olmuşdur.

“Embawood” çövkən komandasına gələcək fəaliyyətində uğurlar arzu edir, beynəlxalq yarışlarda bayrağımızı ən yüksək yerlərdə ucaltmasını diləyirik.

Görüntülü məsləhətçi