heart icon
Sifarişi tamamla

Səbətiniz boşdur!

Arzu siyahısı

Sizin arzu siyahınız boşdur.

“Embawood” əməkdaşları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

2024-04-22

22 aprel 2024-cü il tarixində, “Embawood” əməkdaşları Masallı rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Masallı rayon İcra Hakimiyyətinin dəstəyi ilə ağacəkmə aksiyası həyata keçirib.  Aksiyada “Embawood” şirkətinin baş direktoru Elşad Abbasov, Masallı Rayon İcra başçısı Araz Əhmədov və şirkətin kollektivi iştirak edib. Aksiya çərçivəsində Viləş çayının sahilində 200 ədəd sərv ağacı əkilmiş və suvarılması təmin edilmişdir.

Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə verilməsi və ekologiyanın qorunmasına xidmət edən fəaliyyətlər "Embawood" tərəfindən hər il həyata keçirilir. Xüsusilə də, 2024-cü ildəki bu fəaliyyətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə və COP29 kimi mötəbər beynəlxalq tədbirin keçirilməsinə təsadüf edir.

Bildiyiniz kimi, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq yaşıllıqların bərpası və artırılması istiqamətində ölkə miqyasında bir çox işlər aparılır. “Embawood” şirkəti və kollektivi olaraq biz də, bu istiqamətdə ağacəkmə aksiyasından əlavə bir çox sosial layihələr ilə öz töhfəmizi verməkdə davam edirik.

 Qeyd edək ki, 1996- cı ildə fəaliyyətə başlayan ilk yerli mebel brendi olan “Embawood” Masallı, Xırdalan və Sumqayıt şəhərlərində, həmçinin Ukrayna , Gürcüstan kimi ölkələrdə şirkətin toplam olaraq 6 fabriki fəaliyyət göstərir. Azərbaycanın bütün regionlarında yerləşən 65 mağazası ilə müştərilərinə xidmət göstərən şirkət müştəri yönümlü strategiyasını özünün əsas prinsipi olaraq seçmişdir. 




Görüntülü məsləhətçi