Sizin arzu siyahınız boşdur.
Bir kliklə sifariş
Açıqlama
Mexanizma. Sürgülü divan mexanizması. Oturacağın altından çıxan mexanizma yatağa çevrilmə imkanı verir. Künc hissənin altında olan sandıq hissə əşyaları yığmaq üçün əlverişlidir.
Mexanizma döşəyi. Penopoliüretan və əlyafdan hazırlanmışdır. Üzərində rahat yatmaq imkanı verir.
Gövdə və qolların konstruksiyası. Antipas, statik boya ilə boyanmış metal profil, ağac, DSP, MDF, FNR. Bu dəst qırılma baxımından etibarlıdır. Metal profil modeli daha da dözümlü edir.
Ayaqlar. L şəklində ayaqlar. 7 sm-lik Metal xrom ayaqlar modelin dizaynını tamamlayır.
Gövdə və qolların döşənməsi. İstifadə edilən süngər gövdə və qolların dolğun görünməsinə imkan verir, insanların DSP, MDF, FNR və s. bərk maddələrlə təmasını azaldır və parçanın divanın konstruksiyasında istifadə olunan bərk materiallara sürtünməsinin qarşısını alır.
Oturacaq və belin döşənməsi. Oturacaqda penopoliüretanın üzərinə əlyaf çəkilir və üzərinə parça döşənir. Beldə penopoliüretan üzərinə parça döşənir.
Dekorativ yastıqlar - dolğu materialı: Dolğu materialındakı silikon əlyafın çox olması yastığın zamanla sərtləşməsinin qarşısını alır, uzun müddətli istifadəsini təmin edir. Dolğu materialları 50 gr/m2 flezelinin içinə yığılaraq tikilir ki, bu da istənilən vaxt çexolun yuyulmaq üçün çıxarılmasını təmin edir.
Parça: XBL hörmə parça. Tez quruyan, sürtünməyə və günəş şüalarına qarşı davamlıdır.
*Şəkildə əks olunan modelin parçası seriyadır.