Sizin arzu siyahınız boşdur.
1,435 AZN
Bir kliklə sifariş
Açıqlama
Tərz: Modern
Ölçü: Divan: En 1900 x Hündürlük 730 x Dərinlik 970
Qol: En 280 x Hündürlük 600 x Dərinlik 940
Mexanizma. Divan - yataq mexanizması. Divan mexanizma açıldığında 1900 x 1350 mm yatağa çevrilir.
Gövdənin konstruksiyası. Antipas, statik boya ilə boyanmış metal profil, ağac, DSP, MDF, FNR. Bu dəst qırılma baxımından etibarlıdır. Metal profil modeli daha da dözümlü edir.
Qolların konstruksiyası. Modelin qolları konstruktiv hazırlanması və istifadə olunan MDF dekor görüntü olaraq modelə xüsusi gözəllik verir.
Ayaqlar. Taxta ayaqlar. Qollarda 12 sm-lik laklı taxta ayaqlar, divanda və küncdə gizli ayaqlar istifadə olunmuşdur.
Gövdə və qolların döşənməsi. İstifadə edilən süngər gövdə və qolların dolğun görünməsinə imkan verir, insanların DSP, MDF, FNR və s. bərk maddələrlə təmasını azaldır və parçanın divanın konstruksiyasında istifadə olunan bərk materiallara sürtünməsinin qarşısını alır.
Bel yastıqları və dekorativ yastıqlar. Bel yastıqlarda kapitone və sadə parça birlikdə istifadə olunub. Dolğu materialındakı silikon əlyafın çox olması yastığın zamanla sərtləşməsinin qarşısını alır, uzun müddətli istifadəsini təmin edir. Dolğu materialları 50 gr/m2 flezelinin içinə yığılaraq tikilir ki, bu da istənilən vaxt çexolun yuyulmaq üçün çıxarılmasını təmin edir.
Parça: XBL hörmə parça. Tez quruyan, sürtünməyə və günəş şüalarına qarşı davamlıdır.
Fabriklərimizin istehsal xəttində yumşaq mebellər bir seriya parçası ilə istehsal olunur. Özəl parça qeyd edilən modellərdə müştəri bu parçadan fərqli parça ilə yumşaq mebeli sifariş verə bilər. Belə olduqda satış qiymətin 5% -i dəyərində əlavə ödəniş tələb oluna bilər.
*Şəkildə əks olunan modelin parçası özəldir.