heart icon
Sifarişi tamamla

Səbətiniz boşdur!

Arzu siyahısı

Sizin arzu siyahınız boşdur.

Kitab kreslosu Martin İden Cek London

2023-12-18

Dəyərli izləyicilər,
Embawoodda “Kitab kreslosu” rubrikasının bu dəfəki kitabı dünya klassiklərindən “Martin İden” kitabıdır.

Kasıb təbəqənin nümayəndəsi olan 21 yaşlı Martin İden işçi, matros olur. O bir gün Artura sataşan avaralarla dalaşıb, onları yaxşıca əziş­dirir. Bunun müqabilində Artur ona təşəkkür etmək üçün evlərinə na­ha­ra çağırır. Artur Martinin yaşında olan yüksək təbəqənin, burjua ailə­sinin üzvüdü. Martin onlara qonaq gələrkən yüksək təbəqənin adamlarına, onların savadlarına heyran qalır. Elə burada da Arturun bacısı Rufu görür və onu sevir. Ruf yarıtəhsilli Martinə ingilis dilində gözəl danışmağı öyrədir, onda ədəbiyyata maraq oyadır. Martin öyrənir ki, jurnallar yazıçılara on­ların əməyi müqabilində yaxşı qonorar verir. Ona görə də qəti qərara gə­­lir ki, yazıçı olsun və öz sevgilisinə layiq olan təbəqənin adamları sı­rasına qatılsın.

Görüntülü məsləhətçi