Evinizdə azadlığın və minimalizmin rəmzi: Loft tərzi
heart icon
Sifarişi tamamla

Səbətiniz boşdur!

Arzu siyahısı

Sizin arzu siyahınız boşdur.

Evinizdə azadlığın və minimalizmin rəmzi: Loft tərzi

2023-03-03

Azadlığı, minimalizmi və genişliyi özündə birləşdirən loft üslubu interyer dizaynda özünəməxsusluğu ilə seçilir.

1970-ci illərdən bəri interyer dizaynda geniş istifadə edilən loft mebellər bugünkü dövrdə də öz aktuallığını qorumaqdadır. Dizaynında daha çox keçmiş elementlərini birləşdirən loft üslubun spesifik göstəricilərinə xam kərpic divarlar, köhnə çərçivələr, metal nərdivanlar və görünən havalandırma sistemləri kimi detallar daxildir.

Loft yataq otaqlarını dekorasiya etmək sadə görünsə də, xüsusi diqqət tələb edir. Hər səhər oyanarkən təbiəti hiss etmək istəyənlərin tərzi olan loftda mebel seçimi edərkən üstünlük metal və taxta elementlərdən hazırlanmış dəstlərə verilir.

Arizona yataq dəstində metal ayaqlara malik, ağac teksturalı tumbalar, komod və paltar dolabı əsas yer alır. Modulların siyirmələrində də metal dəstəklərdən istifadə olunur.

Mənzildə həm rustik dizaynın orijinallığını axtaranlar, həm də müasir şəhər trendlərini görmək istəyənlər üçün loft tərzi ideal seçimdir. Sənaye üslubu olaraq da bilinən bu tərzdə dekorasiya edilən qonaq otaqları sadə və minimalist görüntüsü ilə diqqət cəlb edir.

Arizona qonaq dəstinə metal çərçivəli, 1800x760x1000 sm ölçülü masa, televizor altlığı, 2 və 4 qapılı vitrin, asma vitrin, asma rəf və komod - güzgü daxildir. Loft üslubuna malik masalar üçün stul seçimi edərkən müxtəlif tərzlərə müraciət etmək olar. Bir-birindən fərqli görünüşə sahib stulları saytımızdan sifariş verə bilərsiniz.

Görüntülü məsləhətçi