Ev şəraitində yumşaq mebelləri təmizləmək üçün 6 üsul
heart icon
Sifarişi tamamla

Səbətiniz boşdur!

Arzu siyahısı

Sizin arzu siyahınız boşdur.

Ev şəraitində yumşaq mebelləri təmizləmək üçün 6 üsul

2023-12-05

Ev şəraitində yumşaq mebelləri təmizləmək üçün 6 üsulu sizə təqdim edirik.
✔Dermatini və ya dəri üzlüyü olan yumşaq mebelləri əvvəl sabunlu suda isladılmış, sonra isə təmiz suda isladılmış nəm əsgi ilə silirlər. Daha bir üsul: suya bir az sirkə əlavə edin.
✔Əgər yumşaq mebelə saqqız yapışıbsa, saqqızın üstünə plastik paketdə buz qoyun və sonra küt bıçaqla qaşıyıb təmizləyin.
✔Qəhvə ləkəsini sabunlu suda isladılmış əsgi ilə təmizləyin. Qan ləkələri adi soyuq su ilə asan təmizlənir.Mürəkkəb ləkəsini asetonla yox etmək olar.
✔Əgər qırmızı çaxır tökülübsə, dərhal mayeni qurudun. Sonra yaş ləkənin üstünə duz səpin. Duz çaxırı canına çəkəndə və ləkə quruyanda tozsoranla ehmalca təmizləyin.
✔Əgər yumşaq mebelə yağ ləkəsi düşübsə, ona dərhal çoxlu duz töküb bir qədər gözləyin, duzu yığın və ləkəni spirtdə isladılmış süngərlə ehmalca silin.
Görüntülü məsləhətçi