“Evdəkilər xöşbəxtdir” 24 ildir fəaliyyət göstərən, Azərbaycanın ilk mebel markası olan və dünyanın 20-dən çox ölkəsinə “Made in Azerbaijan” adı ilə məhsullar ixrac edən Embawood şirkəti yeni imic reklamını təqdim edib. Reklamda ailə üzvlərinin Embawood markasının keyfiyyətli mebelləri ilə özlərini xoşbəxt hiss etmələri vurğulanıb. Video çarxda ata obrazını canlandıran tanınmış aktyor Hikmət Rəhimov ailə üzvlərinin hər birini metaforik olaraq müxtəlif ev mebelləri ilə müqaisə edir. Bundan əlavə reklamda Embawood-un beynalxalq şirkət olduğu da vurğulanaraq ictimayətə çatdırılıb. İmic reklamı ilə yanaşı Embawood şirkəti yeni şüarını da təqdim edib. Belə ki 2019-2020 ci illər üçün şirkətin yeni şüarı “Evdəkilər xöşbəxtdir” adlanır. Sözügedən imic reklamını Sizə təqdim edirik:

Son xəbərlər

  • Yataq dəsti alana Qonaq dəsti 40 % endirim

    2019-08-01

  • "İndi al, 2 ay sonra ödə"

    2019-05-16