Keyfiyyət sınaq laboratoraiyası
  • Bizim keyfiyyət sınaq laboratoriyamız öz sahəsində müasir texniki avadanlıqla təchiz olunmuş, EN standartlarına (EN - İngilis dilində European Norms, tərcümədə Avropa Standartları mənasındadır) uyğun olan Azərbaycanın ilk və yeganə laboratoriyasıdır. Burada biz, mebel istehsalı üçün istifadə edilən xammalın müxtəlif fiziki və kimyəvi təsirlərə qarşı nə dərəcədə dayanıqlı olduğunu dəqiq müəyyənləşdirə bilirik və müvafiq olaraq ancaq yüksək keyfiyyətə malik xammal və materiallar idxal etmək imkanı əldə edirik. İdxal olunan lövhələr və digər xammal materialları mebel istehsalı üçün fabrikə göndərilməzdən əvvəl aşağıda sadalanmış sınaqlardan keçir:

    • Materialın parlaqlığı ölçülür;
    • Materialın səthlərinin cızığa qarşı davamlılığı ölçülür;
    • Materialın aşınma dərəcəsi ölçülür;
    • Materialın nəmlik dərəcəsi ölçülür;
    • Materialın qırılma (bükülmə) parametrləri ölçülür;
    • Yonqar lövhələrin üst qatının qopmaya qarşı davamlılığı ölçülür;
    • Lövhələrin şurupçəkmə qabiliyyəti ölçülür;
    • Lövhə iç qatlarının qopmaya qarşı dayanıqlığı ölçülür;
    • Materialın həcmi ölçülür;
    • Formaldehidin miqdarı ölçülür;
    • Paslanmaya qarşı yoxlama aparılır.

    Xüsusilə qeyd etmək lazımdır ki, bu laboratoriyada təkcə lövhə tipli materiallar deyil, həmçinin qalın və nazik, səthi sərt və ya yumşaq olan istənilən növ materiallar, o cümlədən mərmər, finisch folie, laminat, melamin kağızlar, üzlük parçalar və bənzəri materialların keyfiyyəti yoxlanılır və yuxarıda sadalanmış parametrlər üzrə sınaqlar keçirilir. Daha aydın ifadə etsək, materialların məruz qaldığı fiziki və kimyəvi təsiri EN standartlarına müvafiq ölçüb idxal prosesində EN keyfiyyətində xammal idxal etmək imkanı əldə edirik.

    Sual yarana bilər ki, bəs bu günə kimi xammalın keyfiyyətini müəyyənləşdirmək üçün hansı standartlardan istifadə edilib? Bu sualla biz sınaq laboratoriyasının təkmilləşdirilməsi üzrə layihə rəhbəri Mustafa Güləryüzə  müraciət etdik: "Təbii ki, istifadə etdiyimiz mal və materialların keyfiyyəti daima yoxlanılıb, QOST-a (QOST - Гоударственный Стандарт ifadəsinin obriviaturudur. Bu gün MDB ölkələri arasında tətbiq edilən dövlətlərarası qəbul olunmuş standartlar toplusudur) müvafiq olaraq sınaqlardan keçib. Yuxarıda adı sadalanan  bütün sınaqları müasir avadanlıqlarla həyata keçirmişik. Lakin, fikrimizcə inkişaf təkmilləşmə deməkdir. Laboratoriyanın avadanlıqlarını yenilədik. Bununla da istehsalat prosesində sərhədləri aşaraq yeni mərhələryə daxil olduq: daha təkmil, dünya standartlarına cavab verən, tam müasir və günün tələblərinə uyğun.

  • Lucia
    1837 AZN
  • Vista
    893 AZN
  • Vista
    545 AZN
  • Vera
    1854 AZN
  • Tiffany
    1544 AZN
  • Tiffany
    1163 AZN
  • Senyora
    118 AZN
  • King
    1338 AZN
  • Happy
    1113 AZN
  • Bianco
    1291 AZN
  • Levante
    641 AZN
  • Levante
    1039 AZN
  • Kliviya
    2038 AZN
  • Ameli
    2794 AZN
  • Aleksandriya
    2131 AZN
  • Voyage
    1077 AZN
  • Twist çarpayı
    546 AZN 579 AZN
  • Zenon çarpayı
    546 AZN 579 AZN
  • Toledo künc
    1080 AZN
  • Lagos
    1515 AZN