Konfidensiallıq
heart icon
Sifarişi tamamla

Səbətiniz boşdur!

Arzu siyahısı

Sizin arzu siyahınız boşdur.

Konfidensiallıq siyasəti

Şirkət İstifadəçilərin veb-saytdan güvənli şəkildə istifadə etmələrini təmin etmək, həmçinin veb-saytdan həyata keçirdikləri hər bir hərəkət zamanı daxil etdikləri fərdi məlumatların konfidensiallığına təminat verir.

İstifadəçi tərəfindən təqdim edilmiş məlumatlar (adı, soyadı, ata adı, doğulduğu tarix və yeri, cinsi, vətəndaşlığı, əlaqə nömrəsi və elektron ünvanı, yaşadığı və olduğu yer, ixtisası və iş yeri, məşğul olduğu fəaliyyət növü, ailə vəziyyəti, şəkli və digər məlumatlar) “Fərdi məlumatlar haqqında” Qanunun 5.2-ci maddəsinə uyğun olaraq Şirkət tərəfindən qorunur və İstifadəçinin yazılı razılığı olmadan və ya qanunla müəyyən edilmiş  hallar istisna olmaqla, heç bir halda üçüncü şəxslərə, idarə və təşkilatlara ötürülmür.

Baş vermiş inzibati xətaları, cinayət əməllərini törətmiş şəxsləri ifşa etmək, belə hüquqazidd əməllərin nəticələrini aradan qaldıra bilmək məqsədiylə, habelə gələcəkdə baş verə biləcək inzibati xətaların, cinayət əməllərinin qarşısını almaq, cəmiyyəti belə qəsdlərdən qorumaq məqsədiylə, o cümlədən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun tələblərini nəzərə almaqla veb-sayta daxil edilmiş məlumatlar hüquq-mühafizə və məhkəmə orqanlarının təxirəsalınmaz tədbirləri zamanı və ya rəsmi sorğuları nəticəsində, Azərbaycan Resublikasının qanunvericiliyinin tələblərinə əməl edilməklə, İstifadəçinin razılığı alınmadan qeyd edilən orqanlara təqdim edilə bilər.

İstifadəçi onun göstərdiyi istənilən informasiyanın və məlumatların dəqiqliyi və düzgünlüyü üçün məsuliyyət daşıyır.

İstifadəçi veb-saytdan istifadə zamanı konfidensiallıq şərtlərinə əməl etməlidir.

İstifadəçinin veb-saytda yerləşdirdiyi və ya göndərdiyi məlumatlar Şirkət üçün konfidensial xarakter daşıyır və məlumatların konfidensiallığının qorunması təmin edilir.

Şəxsi məlumatlar bazasının sərəncamçısı Şirkətdir (Embawood MMC).

Görüntülü məsləhətçi