Sizin arzu siyahınız boşdur.
Saytın istifadə şərtləri
Bu İstifadəçi Razılaşması Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin, “İstehlakçıların hüquqlarının müdafiəsi
haqqında” Qanunun, “Elektron ticarət haqqında” Qanunun, “Fərdi məlumatlar
haqqında” Qanunun, “Müəlliflik hüququ və
əlaqəli hüquqlar haqqında” Qanunun, digər qanunvericilik aktlarının əsasında hazırlanmışdır
və www.embawood.az saytının istifadəsi ilə bağlı İstifadəçilər ilə
Şirkət arasında olan elektron qaydada məhsulların satın alınması sahəsində
münasibətləri tənzimləyir.
1.Razılaşmada
istifadə edilən anlayışlar
1.1.
Veb-sayt- İnternet şəbəkəsində www.embawood.az ünvanında yerləşdirilmiş internet-resursudur.
1.2. Şirkət-
“Embawood” Məhdud Məsuliyyətli Cəmiyyəti (qısa olaraq “Embawood” MMC, hüquqi
ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 15A, Qapı 1.VÖEN:
6400009481.
1.3. İstifadəçi-
Hazırki Razılaşmanın şərtlərini qəbul etmiş və veb-saytdan istifadə edən istənilən
fəaliyyət qabiliyyətli şəxsdir.
2.Ümumi şərtlər
2.1. Hazırki İstifadəçi Razılaşması ictimai
ofertadır.
2.2. Hazırki İstifadəçi Razılaşması (bundan sonra
Razılaşma adlanacaq) İstifadəçilərin www.embawood.az veb-saytından istifadəsi şərtlərini müəyyən edir.
2.3. İstifadəçi Veb-saytdan istifadə etməzdən əvvəl
Razılaşmanın şərtləri ilə tanış olur. İstifadəçi hazırki Razılaşmanın şərtləriylə
və ya ona edilmiş dəyişikliklərlə razılaşmadıqda, veb-saytta girişdən imtina
etməli, veb-saytın xidmətlərindən istifadəni dayandırmalıdır. İstifadəçi Veb-saytdan
istifadəni davam etdirdiyi təqdirdə Razılaşmanın şərtlərini avtomatik olaraq qəbul
etmiş sayılır və veb-saytın xidmətlərindən istifadə üzrə təlimatlara riayət etməsinə
dair şərtləri və öhdəlikləri qəbul edir.
2.4. “Embawood”
və “Madeyra” bir əmtəə nişanlarıdır
və bu əmtəə nişanları “Embawood” MMC-yə məxsusdur.Veb-saytda əks olunan məlumatlar
və materiallar üzərində olan hüquqular müstəsna olaraq Şirkətə məxsusdur.
2.5. Şirkətin hazırki Razılaşmaya istənilən vaxt
birtərfli olaraq dəyişiklik etmək, silmək
və ya yeni Razılaşma qəbul etmək hüququ var.
3. Veb-saytdan
istifadə qaydaları, Tərəflərin öhdəlikləri və məsuliyyəti
3.1. Veb-saytda qeydiyyat könüllüdür. Şirkət
İstifadəçidən onun qeydiyyat vaxtı göstərdiyi məlumatların təsdiqlənməsini və təsdiqləyici
sənədləri istənilən vaxt tələb etmək hüququnu özündə saxlayır.
3.2. İstifadəçi veb-saytın resurslarından daha
geniş istifadə edə bilməsi üçün qeydiyyatdan keçə bilər.
3.3. İstifadəçi qeydiyyat zamanı boş xanalara tələb
olunan məlumatları qeyd edir.
3.4. İstifadəçi qeydiyyat zamanı öz şifrəsinin
gizliliyini saxlamağı öz öhdəsinə götürür və onun istifadəsi və təhülkəsizliyi
ilə bağlı hərəkətlərə, eləcə də İstifadəçinin şəxsi kaibnetində yerinə yetirilən
hərəkətlərə görə məsuliyyət daşıyır. İstifadəçinin öz şəxsi kabinetinə icazəsiz
girişdən şübhələnməyə dair əsası varsa, İstifadəçi öz şifrəsini sərbəst şəkildə
dəyişməyi öz öhdəsinə götürür.
3.5. Şirkət öz mülahizəsi üzrə İstifadəçinin
hazırki Razılaşmanın şərtlərini pozan xidmətlərinə girişi dayandırmaq hüququ
var.
3.6. İstifadəçi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin,
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun, “Elektron ticarət
haqqında” Qanunun, “Fərdi məlumatlar haqqında” Qanunun, “Müəlliflik hüququ və əlaqəli hüquqlar
haqqında” Qanunun, digər qanunvericilik aktlarının və o cümlədən hazırki
Razılaşmanın tələblərinə əməl etməli və əməl etmədiyi halda buna görə məsuliyyət
daşıyacaq.
3.7.İstifadəçi verb-saytdan istifadə etməklə mülki
dövriyyəsi qanunvericiliklə məhdudlaşdırılmayan və qadağan edilməyən mallar əldə
edə bilər.
3.8. İstifadəçilər veb-saytdan istifadə zamanı
mallara dair zəmanət şərtləri, o cümlədən malların daşınması, təhvil verilməsi,
dəyişdirilməsi, qaytarılması və digər bu kimi qaydalar barədə məlumatlar ilə
veb-saytda yerləşdirilmiş “Zəmanət”
bölməsindən tanış ola bilərlər.
3.9. İstifadəçilər tərəfindən veb-saytda intellektual
mülkiyyət hüququnu pozan, böhtan, hədə-qorxu, cəmiyyətə və dövlətə qarşı açıq
çağırışlara sövq edən, təhqiramiz, nalayiq, təhrikçi, pornoqrafik xarakter
daşıyan, şəxslərin şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl yetirən məlumat
və materialların və ya Azərbaycan Respublikası qanunvericiliyini pozan və
qanunsuz davranışa səbəb olan və yaxud təhrik edən bu kimi başqa məlumat və
materialların yerləşdirilməsi və ya verilməsi qəti qadağandır. Bu kimi neqativ
hallar baş verərsə, Şirkət tərəfindən dərhal
hüquq-mühafizə orqanlarına məlumat veriləcək.
3.10. Bu veb-saytdan istifadə ilə əlaqədar yaranan,
o cümlədən Razılaşmada tənzimlənməyən münasibətlərə Azərbaycan Respublikasının
qanunvericiliyi tətbiq olunur.
4. Kukilər və
Spam
4.1. Veb-sayt informasiyanın saxlanılması üçün
kukilər fayllarından və başqa oxşar texnologiyalardan istifadə edə bilər. Bu
fayllar veb-saytın və onun əlavələrinin istifadəsini yüngülləşdirmək və
veb-sayt xidmətlərinin keyfiyyətinin artırılması məqsədiylə istifadə olunur.
4.2. Spam alanlar tərəfindən kütləvi, icazə verilməyən
və (və ya) gözlənməyən reklam, informasiya, təşviqat və ya başqa xarakterli
poçt və başqa göndərilmələrdir.
5. Yekun
müddəalar
5.1. Mübahisələrin yarandığı halda Tərəflər danışıqlar
yolu ilə həll etməyi öhdəsinə götürürlər. Mübahisələr danışıqlar (məhkəmədənkənar)
həll edilmədiyi təqdirdə məsələnin həlli üçün Azərbaycan Respublikasının aidiyyəti
məhkəmələrinə baxılması üçün müraciət olunur.
5.2. Bütün mübahisələrə dair Azərbaycan
Respublikasının qanunvericiliyi tətbiq edilir.
5.3. İstifadəçi təsdiqləyir ki, hazırki Razılaşmanın
bütün bəndləri ilə tanış olmuşdur və onları tam həcmdə qəbul edir.