Embawood şirkətindən “YAŞAT” fonduna növbəti ianə
heart icon
Sifarişi tamamla

Səbətiniz boşdur!

Arzu siyahısı

Sizin arzu siyahınız boşdur.

Embawood şirkətindən “YAŞAT” fonduna növbəti ianə

2022-02-05

Dövlətçilik ənənələrimizin və ərazi bütövlüyümüzün bərpası uğrunda canından keçərək şəhid olmuş şəxslərin ailələri və qazilərimiz Azərbaycan Respublikası tərəfindən daim diqqətdə saxlanılır. Bu prosesdə dəstəyini əsirgəməyən Embawood şirkəti növbəti dəfə “YAŞAT” Fonduna 30 000 AZN ianə etmişdir.

Vətən Müharibəsinin ilk günlərində “Embawood”, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna 200 000, daha sonra “YAŞAT” fonduna 100 000 və Qarabağ Dirçəliş Fonduna 100 000 manat məbləğində ianə etmişdir.

Xatırladaq ki, şanlı qələbə ilə nəticələn Vətən müharibəsində “Embawood” MMC-in  46 nəfər əməkdaşı ordu sıralarına cəlb edilib və vətən qarşısında olan vətəndaşlıq borclarını şərəflə yerinə yetirmişlər.

Tarixi Qələbəni xalqımıza və dövlətimizə yaşadan şəhidlərimizin ailəsinə baş sağlığı verir, qazilərimizə isə şəfa diləyirik!

Birlikdə daha güclüyük!

Görüntülü məsləhətçi