Sizin arzu siyahınız boşdur.
Kredit Şərtləri
Bir kliklə sifariş
Açıqlama
Ölcülər:
3 – yerli: Uzunluq 2400 x Dərinlik 1000 x Hündürlük 820
1 – yerli: Uzunluq 1040 x Dərinlik 950 x Hündürlük 820
· Bel Mexanizmi (Mechanism – For armrest – L24 – H220 – Black):
Bel hissəsi ilə gövdə arasında quraşdırılır. Belin arxaya doğru hərəkət etməsini təmin edərək, modeli yataq funksiyasına keçirməyə imkan verir.
Korpus və Konstruksiya
Gövdə metal karkas üzərində qurulmuşdur. Konstruksiyada metal çərçivəyə əlavə olaraq faner, MDF və şam ağacından istifadə olunub. Modelə təsir edən qüvvələr birbaşa metal konstruksiyaya, oradan isə ayaqlara ötürülür. Bu quruluş, qeyri-metal hissələrdə zamanla yarana biləcək nasazlıqların qarşısını alır və uzunömürlülük təmin edir.
Dizayn Fərqliliyi
Modelin dizaynında geniş oturacaq, fitilli tikişlər və bel hissədəki dekorativ yastıqlar fərqlilik yaradır. Qol dayaq hissəsinin bel ilə birlikdə gövdəyə birləşdirilməsi həm funksional, həm də estetik üstünlük qazandırır.
Çərçivə və Ayaqlar
· Çərçivə: Fıstıq ağacından hazırlanmışdır və modelin ümumi dizaynını tamamlayır.
· Ayaqlar: Metal və fıstıq ağacının birgə tətbiqi ilə hazırlanıb. Qara mat (Black Matt) rəngdə olan metal ayaqlar xrom kant detallarla tamamlanır. Bu dizayn, qollarda istifadə olunan xrom dəri ilə harmonik bir görünüş yaradır. Ayaqların yüksək olması alt hissənin rahat təmizlənməsinə şərait yaradır.
Oturacaq və Bel Döşənməsi
Oturacaq hissəsində 10 sm qalınlığında 35 Soft paralon, bel hissəsində isə 5 sm qalınlığında 35 Soft paralon istifadə olunur. Həm oturacaq, həm də bel hissənin üzəri 90 qr-lıq əlyaf ilə örtülmüşdür. Bu qatlar modelə əlavə yumşaqlıq və komfort hissi verir.