Embawood | Yataq mebel dəstləri – Onlayn əldə et
heart icon
Sifarişi tamamla

Bu bölmədə hər hansı məhsul tapılmadı.

Arzu siyahısı

Sizin arzu siyahınız boşdur.

Yataq

Yataq dəsti

Yataq otağı üçün mebel seçərkən,mebelin funksionallığını və rahatlıq səviyyəsini nəzərə almalısınız. Yuxu və istirahətin keyfiyyəti son iki meyardan asılı olacaq. Yataq otağı mebelləri iki formatda - hazır dəst və ya modul sistem kimi əldə oluna bilər. Birinci halda,istifadəçi dəstə daxil olan çarpayı,tumba,trümo(komod) və paltar dolabı alır. Ikinci halda isə müştəri bəyəndiyi dəstlərin istənilən hissələrini ayrılıqda əldə edə bilər. Modul yataq otağı bir kolleksiya çərçivəsində eyni üslubda hazırlanmış müxtəlif fərdi elementlərdən ibarətdir. Bu həllin əsas üstünlüyü yataq otağını öz seçimlərinizə, eləcə də otağın sahəsinə və planına əsaslanaraq fərdiləşdirmək imkanıdır. Məsələn, otağın dizaynı bir qarderobun mövcudluğunu nəzərdə tutmur, onda modul sistem vəziyyətində iki tumba,bir çarpayı almaq kifayətdir - və yataq otağı hazırdır. Yataq dəstini seçdikdən sonra uyğun döşək seçməyi unutmayın, çünki yatarkən rahatlıq birbaşa onan asılıdır. Biz müştərilərimizə keyfiyyətli və ekoloji cəhətdən təmiz, davamlı və etibarlı mebelləri hər zövgə uyğun dizaynda təklif edirik. Yataq otağı dəsti ilə bağlı qərar verə bilmirsinizsə, məsləhətçilərimiz hər zaman bütün istəklərinizi nəzərə alaraq optimal həll yolunu seçməyə kömək edəcəklər. Seçdiyiniz mebel və ya mebel dəstini onlayn və ya birbaşa mebel mağazalarımıza yaxınlaşaraq əldə edə bilərsiniz. Azərbaycanın hər yerinə çatdırılma və quraşdırılma pulsuzdur.

Görüntülü məsləhətçi