Ваш список закладок пуст.
2021-12-25
Embawood-un
bir neçə mağazası yeni konseptdə tədqim olundu
Əsrin dörddə biri qədər yol etmiş
Embawood brendi bu ili ayrıca təntənə ilə qeyd etdi. 25 illik fəaliyyəti
boyunca Embawood, müştəri yönümlü strategiyası ilə hər zaman alıcıları üçün rahat və əlverişli
mühit yaratmağa çalışıb. Eyni ənənəni davam etdirən brend cari ildə də öz
fəaliyyətinə müəyyən yeniliklər qatdı. Beləliklə, son illərin trendinə çevrilən
neoklassik üslubda təmir edilmiş mağazaların açılışı baş tutdu.
Mağazaların dizaynında istifadə
edilən rənglərin və dekor elementlərin öz məqsədi və mənası vardır. Sərgilənən
mebellərin daha çox önə çıxması üçün dizaynda açıq rənglər üstünlük təşkil
edir. İllər boyu brendin konseptində istifadə olunan yaşıl rəng element və
çalarları bu mağazalara da yansıdılaraq daha xoş və isti ab-hava yaratmışdır.
Yeni konseptin əsas özəlliyi də mağaza loqolarının eleqantlıq, güc rəmzi olan
qara və qızılı rənglərə boyanmasıdır.
Mağazalarda tətbiq edilmiş yeni
konsept müştərilərin böyük marağına səbəb olmuşdur. Brend növbəti 2022-ci il
üçün də daha bir neçə mağazasını yeni konseptdə təqdim etməyi planlaşdırır.