Masallı Embawood Komandası Voleybol Turnirində Birinci Yeri Qazandı
heart icon
Sifarişi tamamla

Səbətiniz boşdur!

Arzu siyahısı

Sizin arzu siyahınız boşdur.

Masallı Embawood Komandası Voleybol Turnirində Birinci Yeri Qazandı

2024-08-19

17 avqust 2024-cü il tarixində Lənkəran Olimpiya İdman Kompleksində Azərbaycan Voleybol Federasiyası ilə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə voleybol üzrə  yarış keçirildi. Ümumilikdə 12 komandanın yarışdığı turnirdə dörd komanda  Masallı ,Lənkəran, Hacıqabul, Astara  komandaları final mərhələsində birincilik uğrunda yarışdılar.Embawood əməkdaşlarının təmsil etdiyi Masallı  komandası final mərhələsində Hacıqabul və Lənkəran komandalarını məğlub edərək, turnirin qalibi oldu və 1-ci yeri layiq görüldü.

 İdman yarışının qaliblərinin mükafatlandırılma mərasimində Azərbaycan Voleybol Federasiyanın prezidenti Şahin Bağırov, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə iştirak edərək idmançılarımızı təbrik etdilər.

Tədbirin sonunda, turnirdə iştirak edən bütün komandalar arasında fərqlənənlər kubok, medal və diplomlarla təltif olundular. Masallı Embawood yığma komandasının bu uğuru, şirkətimizin idmana və sağlam həyat tərzinə verdiyi önəmin bir daha vurğulanmasına səbəb oldu.

Masallı Embawood komandasını təbrik edirik və gələcək yarışlarda da uğurlar arzulayırıq.



Görüntülü məsləhətçi