Sizin arzu siyahınız boşdur.
2024-05-31
Ölkənin biznes
icmasının aparıcı şirkət nümayəndələri, Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyi və digər dövlət qurumları rəsmilərinin iştirakı ilə “Best Managed
Companies Azerbaijan 2024” biznes müsabiqəsinin təltifetmə mərasimi keçirildi.
May ayının 30-da keçirilən müsabiqənin
təltifetmə mərasimində bu ilki qaliblərin adları açıqlanıb. Beləliklə,
“Embawood”, “Araz Supermarketlər şəbəkəsi”, “Azerconnect Group”, “Bridge Group
of Companies” və “Metak” şirkətləri müsabiqənin qalibləri seçilmişlər.
“Best Managed
Companies” layihəsi Deloitte şirkəti tərəfindən 30 il ərzində 50-yə yaxın ölkədə
uğurla həyata keçirilmiş beynəlxalq bir müsabiqədir. Müsabiqədəki iştirakçı
şirkətlər müstəqil münsiflər heyəti tərəfindən strategiya, insan kapitalının
inkişafı, öhdəlik və maliyyə göstəriciləri kimi dörd meyar əsasında qiymətləndirilirlər.
Müsabiqənin əsas məqsədi yüksək biznes fəallığı ilə fərqlənən yerli özəl şirkətləri
qiymətləndirmək və onları geniş ictimaiyyətə tanıtmaqdır.
Qeyd edək ki, Azərbaycanın ilk milli mebel brendi olan Embawood insanlara gündəlik həyatda rahatlıq təmin edən, tərz və zövqlərinə uyğun mebel təqdim etmək məqsədi ilə çıxdığı bu yolda hazırda təkcə Azərbaycan ərazisində 3 fabrik və 140-dan çox mağaza ilə ölkənin demək olar ki, hər yerində müştərilərinə xidmət göstərməkdədir. 28 illik fəaliyyəti ərzində nəinki istehsalat sahəsində, həmçinin korporativ idarəetmədə də innovasiyaların və müasir tendensiyaların izlənməsi və istifadə edilməsi şirkətin əsas prioritetlərindən olmuşdur.
Fəaliyyətlərimizin belə mötəbər bir müsabiqə tərəfindən qiymətləndirilməsi
bizim üçün çox sevindirici haldır. Bu bizi öz fəaliyyətimizdə davamlı daha
yaxşı olmaq və inkişaf etmək üçün xüsusi həvəsləndirir. Təşkilatçılara və dəyərli
münsiflərə bu mükafat üçün öz təşəkkürlərimizi bildirir, digər qalibləri də təbrik
edirik.

