heart icon
Sifarişi tamamla

Səbətiniz boşdur!

Arzu siyahısı

Sizin arzu siyahınız boşdur.

Embawood balaca ürəkləri sevindirmək üçün Uşaq Evinə baş çəkdi.

2025-06-02

Embawood balaca ürəkləri sevindirmək üçün Uşaq Evinə baş çəkdi.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Embawood şirkəti korporativ sosial məsuliyyət layihəsi çərçivəsində Xətai rayonu, 3 saylı Uşaq Evinə baş çəkib. Ziyarətin əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara diqqət və qayğı göstərmək, onların sevincinə şərik olmaq idi.

Tədbir çərçivəsində Embawood əməkdaşları uşaqlara müxtəlif hədiyyələr təqdim edib, onlarla birgə oyunlar oynayıb və xoş anlar yaşayıblar. Əyləncəli proqram və animatorların təqdim etdiyi interaktiv oyunlar uşaqların marağına səbəb olub və onlarda unudulmaz təəssüratlar yaradıb.

Korporativ sosial məsuliyyət yönümlü tədbirlərin keçirilməsində əsas məqsəd, cəmiyyətin diqqət və mənəvi qayğıya ehtiyacı olan təbəqəsinə dəstək olmaq, onlardan diqqət və qayğını əsirgəməməkdir. Embawood da bu təşəbbüslərlə sosial dəyərlərə önəm verdiyini və cəmiyyətin inkişafına töhfə verməyə davam etdiyini nümayiş etdirir.

Embawood üçün uşaq hüquqlarının qorunması və rifahının təmin edilməsi, gələcəyin sağlam və güvənli cəmiyyətinin qurulması baxımından xüsusi əhəmiyyət daşıyır.

Embawood — Azərbaycanın ilk yerli mebel brendi olaraq, Masallı, Xırdalan və Sumqayıt şəhərlərində yerləşən 3 istehsal fabriki, 100-dən artıq satış nöqtəsi və bir neçə ölkədə fəaliyyət göstərən beynəlxalq satış şəbəkəsi ilə minlərlə müştərinin etimadını qazanıb. 29 illik fəaliyyəti boyunca Embawood, müştəri yönümlü yanaşma və keyfiyyətli xidmət prinsipi ilə sektorda lider mövqeyini qoruyur.













Görüntülü məsləhətçi