Sizin arzu siyahınız boşdur.
2025-02-03
Şirvan şəhərində voleybol idman növü üzrə çempionatı keçirilib.
1 və 2 fevral tarixlərində Şirvan şəhərində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə U-16 yaş qrupu arasında voleybol üzrə Lənkəran-Astara region çempionatı keçirilib.
Şirvan şəhərində keçirilən daxili yarışmada Respublika mərhələsinə vəsiqə qazanan komandalar arasında 1-ci yeri Masallı komandası, 2-ci yeri isə Hacıqabul komandası tutmuşdur.
Çempionatın keçirilməsinin əsas məqsədi regionda idmançılar arasında rəqabəti artırmaq, idman mədəniyyətini genişləndirmək, cəmiyyətdə sağlam həyat tərzini təşviq etmək, gənc istedadları aşkar etmək, həmçinin voleybol idman növünü təbliğ edərək kütləviliyini artırmaqdır.
Masallı Embawood yığma komandasını təbrik edirik və gələcək yarışlarda da uğurlar arzulayırıq