Embawood.az:Xəbərlər

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyası qlobal pandemiya elan olunduğu və COVID-19-un Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Embawood MMC şirkətinin mərkəzi ofis, fabrik, anbar və satış mərkəzlərində dezinfeksiya işləri və profilaktik tədbirlər həyata keçirilib. Bundan əlavə əməkdaşlarının koronavirus infeksiyasından qorunması məqsədi ilə şirkətin iş rejimində də müəyyən dəyişikliklər edilib. Belə ki bir çox əməkdaşlar mümkün olduğu qədər evdən çıxmadan distant qaydada “Home office formatında” işlərini davam etdirirlər. Eyni zamanda virusdan qorunmaq məqsədi ilə şirkətin mərkəzi ofisi, fabrik, anbar və bütün satış mərkəzləri qoruyucu maska, əlcək, antiseptik vasitələrlə təmin edilir, qeyri iş saatlarında mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirilir.

Son xəbərlər

  • Koronavirusla Mübarizəyə Dəstək

    2020-03-21

  • Embawood-dan BÖYÜK ENDİRİM kampaniyası

    2020-02-13

  • Evdəkilər xoşbəxtdir!

    2019-07-25