Xəbərlər
  • 20-21 dekabrda keçirilmiş sərgi və konsert uğurla başa çatdı

    2011-ci il Azərbaycan Respublikasının tarixində əlamətdar bir ildir. Bu ildə müstəqilliyimizin bərpasının 20-ci il dönümü tamam olur. 1991-ci ildən bu günə kimi böyük inkişaf yolu keçmişik: istər neft sektoru, istər qeyri-neft sektoru, istərsə də idman və mədəniyyət sahəsində beynəlxalq müstəvidə əhəmiyyətli yerlərdən biri Azərbaycana məxsusdur.

    2011-ci il həmçinin Embawood şirkəti üçün də əhəmiyyətli tarixdir. Bu il şirkət 15 ilini qeyd edir. Doğrudur, dünya ölkələri ilə müqayisə etsək mebel sektorunda 15 il elə də böyük rəqəm deyil. Lakin, dövlətin bu sahəyə olan dəstəyi və göstərilən qayğı özünün xam materialı, mebel istehsal ənənəsi olmayan bir respublikanı bu sahədə Cənubi Qafqaz regionunun lideri və dünyanın 10 ölkəsinə mebel ixrac edən dövlətinə çevirmişdir.

    Bu iki əlamətdar hadisəni qeyd etmək üçün 20 və 21 dekabr tarixində Heydər Əliyev adına idman-konsert kompleksində iki gün müddətində davam etmiş böyük satış sərgisi keçirildi. Sərginin yekununda isə 21 dekabr tarixində İTV kanalında canlı yayımlanmış tanınnış müğənnilərin iştirakı ilə möhtəşəm konsert təşkil olundu.

    Embawood şirkətinin baş direktoru Elşad Abbasov və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Adil Məmmədovun iştirakı ilə qırmızı lent kəsildikdən sonra sərgi rəsmi olaraq açıq elan olundu. Sərgidə  həmçinin xarici ölkə səfirləri, Fondun rəsmi nümayəndələri, Embawood şirkətinin rəhbərliyi və 15 ölkədən dəvət olunmuş xarici qonaqlar iştirak etdilər.  Eyni zamanda sərginin qapıları geniş istehlakçı kütləsinə də açıldı.  Rəsmi hissənin yekununda bu münasibətlə özəl hazırlanmış tort kəsilərək qonaqlara paylandı. Qeyd etmək lazımdır ki, sərgi zamanı nümayiş edilən hər bir mebel dəsti 30% endirimlə son istehlakçılara təqdim olunurdu. Bu mebellərin arasında hələ satışa buraxılmayan 2012-ci ilin modelləri də mövcud idi.  

    21 dekabr 17:45-də başayan konserti açılış nitqi ilə Embawood şirkətinin baş direktoru Elşad Abbasov açdı.  Nitqində Azərbaycanın müstəqilliyini təbrik edən və sosial-iqtisadi inkişafına toxunan baş direktorun sözlərinə görə bununla paralel istehlakçıların tələbləri də artır: "Bu gün Azərbaycan istehlakçısının tələbləri dünyanın inkişaf etmiş ölkələrinin istehlakçılarının tələbləri ilə eyni səviyyədədir. Bu tələbi qarşılamaq üçün məhsullarımızın dizaynında, keyfiyyətində, texnoloji proseslərin mükəmməlləşdirilməsində şirkətimiz böyük işlər görmüşdür, dünyanın ən qabaqcıl texnologiyalarını, beynəlxalq standartları Azərbaycanda tətbiq etmişdir. Sevindirici haldır ki, Azərbaycanda keyfiyyətli məhsul istehsal edən çoxlu şirkət mövcuddur və bu şirkətlər Azərbaycanın istehsalçı dövlət kimi imicinin artmasına xidmət edir. "

    Konsertin rəsmi hissəsində çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Adil Məmmədov da həmçinin Azərbaycan xalqını bu əlamətdar tarix münasibətilə təbrik etdi.

    Rəsmi hissə başa çatdıqdan sonra konserti öz mahnısı Samirə açdı. Onunla birlikdə Sevda Yahyayeva, Zamiq, Nadir Qafarzadə, Şeron qrupu, Natavan, Nura Suri, Gülay Qədirova, Teymur Əmrah kimi populyar müğənnilər də öz ifaları ilə tamaşaçıların qarşısında çıxış etdilər. Konsert Teymur Əmrahın oxuduğu Azərbaycan mahnısı ilə başa çatdı.












    Bütün xəbərləri göstər
  • Rino
  • Toledo 2
  • Prestij 3
  • Prestij 2
  • İnfinity 3
  • Frost 3
  • Frost 2
  • Allegro Nova
  • Lucia
    1837 AZN
  • Vista
    893 AZN
  • Vista
    545 AZN
  • Vera
    1854 AZN
  • Tiffany
    1544 AZN
  • Tiffany
    1163 AZN
  • Senyora
    118 AZN
  • King
    1338 AZN
  • Happy
    1113 AZN
  • Bianco
    1291 AZN
  • Levante
    641 AZN
  • Levante
    1039 AZN