Xəbərlər
  • Qaçqın böhranının həlli üçün özəl sektorun cəlb edilməsi

    BMT-nin Sivilizasiyalar Alyansının Gənclər Forumu çərçivəsində keçirilən biznes simpoziumda “Educom” şirkəti idarə heyətinin üzvü Holger Heyms, “Embawood” LLC-nin ixracat qrupunun rəhbəri Rüstəm Alməmmədov və Qlobal Saziş Şəbəkəsinin Braziliya üzrə əməkdaşı Vanessa Kelano Tarantini qaçqın böhranı ilə bağlı müzakirələr aparıblar.

    “Embawood” MMC-nin ixracat qrupunun rəhbəri Rüstəm Alməmmədov Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticəsində ölkəmizin qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyini diqqətə çatdırıb. O bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlı öz yurdundan zor gücünə qovularaq qaçqın və məcburi köçkünə çevrilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsinin dövlət siyasətinin dialoq və sülhə əsaslandığını sübut etdiyini bildirən R.Alməmmədov deyib: “Azərbaycanda özəl sektorun inkişafına xüsusi diqqət yetirilir. Bu işə xarici investorlar da cəlb edilir və sərmayələr qanunla qorunur. Buna görə də Azərbaycan dünyada baş verən iqtisadi böhrandan ən az əziyyət çəkən ölkələrdəndir. İqtisadiyyatın uğurla inkişafı, yeni texnologiyaların tətbiqi və qeyri-neft sektoruna yetirilən diqqət inkişafımızın strukturunu möhkəmləndirir. Bu siyasət qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllini də asanlaşdırır.

    Yaranmış qaçqın böhranının daha düzgün idarə edilməsi üçün bütün təşkilatların və qurumların birgə fəaliyyət göstərməsinin önəmini vurğulayan “Educom” şirkətinin idarə heyətinin üzvü Holger Heyms onların biznes əməliyyatlarını, yeni biznes modellərini, investisiyaları, innovasiyaları və texnologiyaları bir araya gətirərək tətbiq etmələrinin əhəmiyyətini vurğulayıb.

     

    http://azertag.az/xeber/Qachqin_bohrani_inkisaf_etmis_olkelerde_iqtisadi_resurs_chatismazligina_sebeb_olub-945825


    Bütün xəbərləri göstər
  • Lucia
    1837 AZN
  • Vista
    893 AZN
  • Vista
    545 AZN
  • Vera
    1854 AZN
  • Tiffany
    1544 AZN
  • Tiffany
    1163 AZN
  • Senyora
    118 AZN
  • King
    1338 AZN
  • Happy
    1113 AZN
  • Bianco
    1291 AZN
  • Levante
    641 AZN
  • Levante
    1039 AZN
  • Kliviya
    2038 AZN
  • Ameli
    2794 AZN
  • Aleksandriya
    2131 AZN
  • Voyage
    1077 AZN
  • Twist çarpayı
    546 AZN 579 AZN
  • Zenon çarpayı
    546 AZN 579 AZN
  • Toledo künc
    1080 AZN
  • Lagos
    1515 AZN