Press-relizlər
  • Avropanın 5 ulduz şəhəri Embawood-un 5 ulduzlu Star City kolleksiyasında!

     

    12 sentyabr 2012-ci il tarixində Kempinski otelində ölkənin lider mebel şirkəti olan Embawood KİV-ə və müştərilərinə Star City kolleksiyasının təqdimatını etmişdir. Təqdimatda şirkət rəsmiləri ilə yanaşı ölkənin aparıcı jurnalistləridə iştirak etmişdir.

         Star City kolleksiyası ilə şirkət özündə beş əfsanəvi Avropa şəhərinin ab-havasını evlərdə yaşatmaq hədəfini qoymuşdur. Kolleksiyaya Stokholm, Milan, S-Peterburq, İstanbul və Venesiya adlı 5 mebel dəsti daxildir. Hər bir dəst mənzilin tam konsept şəklində mebellə təchiz edilməsini təmin edir.

           Şirkətin Marketinq Direktoru İlkin Manafovun sözlərinə görə kolleksiyanın hazırlanması zamanı müştərilərin mebeldə axtardıqları faydalar tam təhlil edilmiş və mənzilin gözəl görünməsi üçün kompleks həllər hazırlanmışdır. Qeyd etmək vacibdir ki, Star City kolleksiyası ilə Embawood brendinin yeni seqmentdə möhkəmlənməsi hiss edilir. Star City kolleksiyasının hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, alman və türk dizaynerləri də iştirak etmişdir. Tədbirdə qeyd edilmişdir ki, şəhər (landmark) dizaynlarına əsasən mebellərin hazırlanması bu sahədə prinsipial yeni istiqamət olaraq zamanın tələbatlarına tam cavab verir.

    Star City kolleksiyasının rəsmi siması olaraq Azərbaycanı Avroviziya mahnı müsabiqəsində təmsil etmiş Sabinə Babayeva elan edilmişdir. Həmçinin şirkət kolleksiyanın təqdimatına həsr edilmiş intelektual ailə oyununun birinci mərhələsininin qaliblərini elan etmişdir. Müsabiqə sosial şəbəkələr vasitəsi ilə həyata keçirilmişdir.

          Star City kolleksiyası avqust ayının 15-dən etibarən Embawood mağazalarında tam satışa çıxarılmışdır.

      Xatırlatmaq istərdik ki,   1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 15 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür. 

    Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi. 

    Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir. 

     

    Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

    SON PRESS-RELİZLƏR

    Bütün Press-relizləri göstər
  • Rino
  • Toledo 2
  • Prestij 3
  • Prestij 2
  • İnfinity 3
  • Frost 3
  • Frost 2
  • Allegro Nova
  • Lucia
    1837 AZN
  • Vista
    893 AZN
  • Vista
    545 AZN
  • Vera
    1854 AZN
  • Tiffany
    1544 AZN
  • Tiffany
    1163 AZN
  • Senyora
    118 AZN
  • King
    1338 AZN
  • Happy
    1113 AZN
  • Bianco
    1291 AZN
  • Levante
    641 AZN
  • Levante
    1039 AZN