Mebeldən ümumi istifadə qaydaları
  • Mebelin hər-hansı bir hissəsi ləkələnibsə, həmin hissənin dərhal təmizlənməsi tövsiyə olunur. Əgər ləkə bir müddət mebel hissəsinin üzərində qalsa, yayıla bilər və mebelin səthi xarab ola bilər.

    Çətin təmizlənən ləkələrin çıxarılması üçün xüsusi təmizlik vasitələrindən istifadə etməyiniz tövsiyə olunur. Lazımi vasitənin düzgün seçimi üçün onun istifadə təyinatını düzgün oxuyun.

    Kimyəvi təmizlik maddələrinin istifadəsi

    Turşu, qələvi, həlledici kimi kimyəvi maddələrin mebellə təmasına yol verməyin. Həmin maddələr kimyəvi aktiv olduğundan onlarla təmas sizə və mebelinizə zərər yetirə bilər.

    Laklı fasad

    Unutmayın ki, laklı mebelə xüsusi qulluq etməsəniz, tədricən mebel öz təravətini itirə bilər. Buna hava şəraiti, ətraf mühit, yanlış baxım, günəş şüalarının aşırı təsiri səbəb ola bilər.  Laklı fasadların təmizlənməsi üçün  quru və yumşaq bezlə tərkibində cilalayıcı olan təmizlik maddələrindən istifadə etməyiniz tövsiyə olunur. Laklı fasad cilalayıcılarından da istifadə edə bilərsiniz, onlar eyni zamanda təmizləmə xüsusiyyətinə də malikdir.

    Panel mebeldən  istifadə qaydaları:

    Qapı və siyirmələri zərblə bağlamayın. Belə olduqda  mebelə qoyulmuş  şüşə və güzgülər qırıla, digər hissələr (petlə, ray, kranşteyn) sıradan çıxa  bilər.

    Mebelinizin rəf və siyirmələri əşyalarla dolu olduğu halda mebelin yerini dəyişdirməyin.

    Mebelin yerini dəyişdikdən sonra,  qapı və siyirmələri yenidən tənzimləyin.

    Mebelinizin üzərinə dağılan  suyu dərhal silin və qurulayın.

    Rəfləri və siyirmələri normadan artıq yükləməyin.

    Qapı və siyirmələri zərblə açıb-bağlamayın.

    Mebeldən təyinatına görə istifadə edin. Klaviatura siyirməsinin üzərində əyləşmək, jurnal masası və TV altlığının üstünə çıxmaq tövsiyə olunmur.

    Klaviatura siyirməli masaların açma - bağlama əməliyyatı tək tərəfli (bir küncdən) aparılmamalıdır.

    Mebelinizi daşıyan zaman hərəkətli hissələrini (klaviatura siyirməsi, sadə rəf, siyirmə, v.s..,) çıxararaq daşıyın. Əgər həmin hissələri çıxarmırsınızsa mebeli onların açılmayacağı istiqamətdə əyərək daşımağınız tövsiyə olunur.

    Mebelləri itələyərək və ya sürüyərək daşımaq olmaz.

    Bir neçə siyirməsi olan mebellərdə eyni anda birdən çox siyirmə açılmamalıdır.

    Paltar dolabları yalnız paltarlar üçün layihələndirilmişdir. Asılqan və rəflərə uyğun olmayan əşyaları qoymayın, asmayın.

    Mebeldə istifadə olunan işıqlandırma sistemləri uzun müddət fasiləsiz istifadəyə uyğun deyil.

    Siyirmələri açıq saxlamayın (uşaqlar üstünə çıxıb sındıra bilər).

    Kupe dolabların qapılarını  zərblə  bağlamayın.

    İki mərtəbəli çarpayılar:

    Çarpayıların ikinci mərtəbəsinin hündürlüyü 1500mm-dir. 7 yaşından kiçik uşaqların istifadəsi tövsiyə olunmur.

    Çarpayılar yalnız uşağın yatması üçün layihələndirilmişdir.

    Uşağınızın sağlamlığına zərər gəlməməsi və çarpayının zədələnməməsi üçün uşaqlara çarpayı üstündə dik dayanmağa, tullanmağa, oynamağa icazə verməyin.

    Qorxuluğa söykənmək, sallanmaq, dırmaşmaq olmaz.

     

    Döşək haqqında

    Döşəklərin əsas funksiyalarından biri yatarkən bədənin düzgün vəziyyətdə qalmasını təmin etməkdir.  Bu da öz növbəsində yuxunuzu yaxşılaşdırır. Ümumiyyətlə, döşək sizin sağlamlığınıza bir-başa təsir edə biləcək mebel hissələrindən biridir. Odur ki, düzgün seçilmiş döşək sizin əhvalınızı xeyli yaxşılaşdıra bilər.

    Döşəyin düzgün istismar qaydaları:
    Döşəyi aldıqdan sonra ilk 3 ay, hər iki həftədən bir döşəyi çevirin. Sonrakı periodda 3 ayda bir dəfə çevirin.  Döşək baş-ayaq şəklində, yəni uzunluq boyu çevrilməlidir. Döşək ağır, şaquli yükləməyə məruz qalmamalıdır, yəni üzərində hoppanmaq və gəzmək tövsiyə olunmur. Belə yüklənmələr döşəyin ömrünü qısaldır. Döşəyin saxlanma və istismarı üçün tələb olunan hava şəraiti +10-dan +35 dərəcəyə qədər, nisbi rütubət 70%-dir. Əgər döşək daha soyuq hava şəraitində saxlanırsa öz istismar keyfiyyətini itirə bilər.

    Yumşaq mebel:

    Yumşaq mebeli temperaturu +10 C dərəcədən aşağı olmayan, nisbi rütubəti isə 45-70% arası olan havalandırılabilən otaqlarda istismar olunmalıdır.  Mənfi dərəcədən gətirilən yumşaq mebel quru, təmiz və yumşaq bezlə silinməlidir.

    Mebelinizi birbaşa günəş şualarından qoruyun, istilik mənbələrinə, soyuq və nəmli divarlara yaxın məsafədə yerləşdirməyin.

    Laklı və boyalı detalları nəm, turşu, qələvi, həlledicilərdən və mexaniki zədələrdən qoruyun.

    Kitab şəklində açılan yumşaq mebelləri açıb-bağlayanda diqqətli olun.  Divanı açıb-bağlayarkən uşaqları məsafədə saxlayın və ümumiyyətlə bu işi uşaqlara tapşırmayın.

    Kitab şəklində açılan mebelləri divardan ən az 15 cm aralı yerləşdiriniz. Bu məsafə mebelin funksiyalarını düzgün yerinə yetirmək üçün vacibdir. Belə olmadıqda divarı və ya mebelinizi zədələyə bilərsiniz.

    Mebelinizi xalça yuyan və ya digər sulu və vakumlu təmizlik cihazları ilə təmizləmək tövsiyə edilmir.

    Mebelin üzərinə çıxmayın, uşaqlara mebelin üzərində hoppanmağa icazə verməyin.

    Mebelin üzərində paltar ütüləməyin. Bundan əlavə işləyən fen, isti çaydanlıq və digər istilik yayan ev alətlərini mebelin üzərinə qoymayın.

    Mebelinizin qoltuq hissəsinin üstündə əyləşməyin. Bundan əlavə pərdə, şəkil və digər aksesuarları asmaq üçün qoltuğun üzərinə çıxmayın.

    Pərdə asmaq, pəncərə silmək kimi işlərdə mebelinizin söykənəcək hissəsindən istifadə etməyin, çünki mexanizmi işə düşə bilər. Bu halda həm siz, həm də mebeliniz zədələnə bilər.  

    Mexanizmləri, kitab kimi açılan mebellərin sandıqlarını bir kənardan tutub açmayın.  Bu halda  mexanizmlər tez sıradan çıxa bilər. Divanı açmaq üçün ortadan, ya da hər iki tərəfdən eyni anda proporsional olaraq tutub çəkmək lazımdır.

    Otaqda mebelin yerini dəyişərkən, mebeli itələməyin, qoltuqdan tutub sürüməyin. Belə halda mebelin qoltuğu, ayağı və otağın döşəməsi zədələnə bilər.

    Otaqda mebelin yerini dəyişdirmək üçün iki nəfər mebelin alt hissəsindən tutub qaldırmaqla həyata keçirmək mümkündür.

    Mebelin altında  qalan xalça və digər döşəmə örtüklərinin yerini dəyişdirən zaman mebeli bir tərəfdən tutub qaldırmayın. Bu halda mebelin ayağı və digər bağlantı mexanizmləri zədələnə bilər.

    stifadə olunan nərdivanları təyinatına uyğun istifadə emək lazımdır. Uşaqlarınıza nərdivanın üstündə tullanmağa, pillələrindən sallanmağa icazə verməyin .

    Güzgülər:

    Güzgüləri təmizlərkən pəncərə təmizliyi üçün təyin olunan sintetik vasitələrdən istifadə etməməyiniz tövsiyə olunur. Onlar ləkə və bulanma meydana gəlməsinə səbəb ola bilər. Quru təmizləmə də cızıqların əmələ gəlməməsi üçün arzu olunan deyil. Güzgü təmizləməsində naşatır spirtindən və ya xüsusi güzgü təmizləmə vasitələrindən istifadə edin.

    Şüşələr

    Şüşələrin həssas olduğunu və zərbə nəticəsində qırıla biləcəyini nəzərə alın. Ağır və sərt əşyaları şüşə rəflərin üzərinə yığmayın və zərbə vurmayın. Şüşəli rəflərin qalınlığı ən az 4mm-dir. Təmizlik üçün xüsusi olaraq təyin olunmuş təmizlik vasitələrindən istifadə edin. Təmizlikdə abraziv xüsusiyyətlərə malik təmizlik maddələrindən və ya metal tərkibli bez və süngərlərdən istifadə etməyin.

     

  • Rino
  • Toledo 2
  • Prestij 3
  • Prestij 2
  • İnfinity 3
  • Frost 3
  • Frost 2
  • Allegro Nova
  • Lucia
    1837 AZN
  • Vista
    893 AZN
  • Vista
    545 AZN
  • Vera
    1854 AZN
  • Tiffany
    1544 AZN
  • Tiffany
    1163 AZN
  • Senyora
    118 AZN
  • King
    1338 AZN
  • Happy
    1113 AZN
  • Bianco
    1291 AZN
  • Levante
    641 AZN
  • Levante
    1039 AZN