Coğrafi əhatə

Bu gün Embawood mağazaları 8 ölkədə, fabrikləri isə Azərbaycan, Gürcüstan, Qazaxıstan və  Ukraynada  fəaliyyət göstərir. Əlavə olaraq, Qazaxıstan və Gürcüstanda regional nümayəndəliklər mövcuddur. Azərbaycanda 55, Qazaxıstanda 17, Tacikistan 5, Qırğızıstan 2, Gürcüstanda 30,Ukraynada 12 və Rusiyada 2 brend mağazamız fəaliyyət göstərir.

Yaxın şərq və Orta Asiyanın digər ölkələrinin qabaqcıl şirkətləri ilə əməkdaşlıq müqavilələr imzalayaraq Embawood brendi altında geniş seçimdə məhsullarımızı yerli müştərilərə təklif edirik.

Bundan əlavə dünyanın digər ölkələrində də, Embawood  şirkətinə məxsus satış nöqtələri vardır. (Səudiyyə Ərəbistanı, BƏƏ, Almaniya, Belçika, Fransa, Avstriya, Hollandiya, Lüksemburq, İngiltərə, İsveçrə, Seneqal, Kot Divuar, Qana, Mali, Konqo)