Zəmanət

Şirkətimiz istehsal etdiyi hər bir məhsul növünə 2 il müddətində zəmanət verilir. Zəmanət şərtləri haqqında daha ətraflı məlumatı bu bölmədən götürə bilərsiniz.

Mebelin alınma tarixinin qəbul edilməsi üçün zəmanət müddəti ərzində zəmanət kartı, təhvil-təslim aktı, çek, qaimə-faktura və bənzəri sənədləri itirməyin. Sənədlər natamam olduğu təqdirdə şirkətin zəmanət xidməti göstərməkdən imtina etmək hüququ vardır. 

Zəmanət şərtləri

Zəmanət müddəti mebelin satıldığı gündən başlayaraq 24 ay müddətində etibarlıdır.

Zəmanət xidməti mebelin bütün hissələri daxil olmaqla şirkətin istehsal etdiyi hər model  üçün  etibarlıdır.

Təmir müddəti ən çox 30 iş günü təşkil edir.

Mebelin təmirdə olduğu vaxt kəsiyi zəmanət müddətinə əlavə olunmur.

Mebelin zəmanət müddəti çərçivəsində mebeldə material, quraşdırma (şirkətin təyin etdiyi quraşdırma qrupu tərəfindən yığılıbsa) və ya fabrik xətaları aşkarlandığı təqdirdə şirkət hesabına təmir edilir, ehtiyac yarandıqda isə təmənnasız olaraq əvəzləşdirilir.  

Siz aşağıda sadalanmış hallarda aldığınız mebelin təmənnasız dəyişdirilməsini tələb edə bilərsiniz: 

  • Mebelin hər-hansı bir hissəsi bir il ərzində iki dəfə təmir edildikdən sonra eyni qüsur təkrar yarandığı təqdirdə;
  • Mebeldə 1 il ərzində 4 dəfədən artıq müxtəlif qüsurlar yarandığı təqdirdə;
  • Mebeldə 2 il ərzində (zəmanət müddəti ərzində) 6 dəfədən artıq müxtəlif qüsurlar yarandığı təqdirdə;
  • Təmir üçün təyin olunmuş maksimal müddət (30 gün) keçdiyi təqdirdə;
  • Mebelin təmirə yararsız olmağı ekspert tərəfindən təsdiqləndiyi təqdirdə;

 

Zəmanət xidmətinə daxil olmayan hallar aşağıdakı kimidir:

  • Şirkət tərəfindən təyin olunmamış quraşdırma qrupu tərəfindən quraşdırma nəticəsində yaranan qüsurlar;
  • Zəmanət müddətinin bitməsi;
  • Bu kitabçada göstərilən mebel istismar qaydalarına riayət edilməməsi;
  • Mebelin üzərində təhvil-təslimdən sonra mexaniki zədələrin yaranması;
  • Mexanizmlərin normadan artıq yüklənməsi;
  • Mebelin təbii fəlakət (sel, yanğın, bədbəxt hadisə, v.s.) nəticəsində zərər görməsi;
  • İstehlakçı tərəfindən bilərək və ya bilməyərək mebelə fiziki zərər yetirilməsi;
  • Mebelə, təmir məqsədi ilə şirkət tərəfindən təyin edilməmiş ustaların müdaxilə etməsi nəticəsində zədələrin aşkarlanması;
  • Mebelə istehlakçı tərəfindən konstruktiv dəyişikliyin edilməsi nəticəsində zərərin verilməsi;
  • Təmizlik zamanı mebelə zərər verə biləcək maddələrdən istifadə olunması;
  • Mebelin yanlış istismarı nəticəsində qüsurların yaranması (cızılma, əzilmə, qırılma və.s.)

Yuxarıda qeyd olunmuş hallar meydana gəldiyi təqdirdə göstərilən xidmət ödənişlidir və şirkət tərəfindən təyin edilmiş qiymətlərlə həyata keçirilir. Qüsurun xüsusiyyəti mebelə baxış keçirilən zaman ekspert tərəfindən təyin edilir.

Mebelin qəbulu
Quraşdırma işi tamamlandıqdan sonra mebeli diqqətlə yoxlayın. Siyirmələrin, işıqlandırma sisteminin, yumşaq mebel mexanizmlərinin işləyib-işləmədiyinə diqqət yetirin.  Qapıların düzgün tənzimlənməsinə, mexaniki zədələrin (cızıq, batıq, qopma, mühüm dərəcədə olan rəng fərqliliyi) olub-olmamasına baxın. Qeyd etmək istərdik ki, mebel təhvil verildikdən sonra aşkarlanmış mexaniki zədələrə aid şikayətlər zəmanətli təmir üçün əsas kimi qəbul olunmur.  Həmin problemlərin aradan qaldırılması ödəniş müqabilində həyata keçirilir. Mebelin görünməyən və xarici görünüşünə təsir etməyən hissələrində olan kiçik çaplı qüsurlar yol veriləndir.
 
Mebelin çatdırılması
"Mebelin çatdırılması" dedikdə mebelin alındığı məkandan onun sifarişçi tərəfindən göstərilmiş ünvana (ev və digər) daşınması (yükləmə, daşıma, boşaltma, ünvana qədər qaldırma) nəzərdə tutulur.  Mebelin ünvana çatdırılması şirkətimiz tərəfindən Sizə təklif etdiyimiz ödənişsiz, lazımi avadanlıq, nəqliyyat vasitələri və personala malik xidmətdir. Mebel aldığınızda bu xidmətdən istifadə etməyinizi tövsiyə edirik.. Mebelin ünvana çatdırılması şirkətimiz tərəfindən işlənib hazırlanan "Mebelin çatdırılması və quraşdırılmasıtəlimatı"na  müvafiq olaraq həyata keçirilir. Sizə, öz imkanlarınız hesabına mebelin daşınmasını həyata keçirməyinizi tövsiyə etmirik.  Çünki, mebel daşınmasını müstəqil olaraq həyata keçirdikdən sonra, ortaya çıxan çatışmazlıqlar zəmanət xidməti daxilində təmin olunmur.
 
Mebelin quraşdırılması
Mebelin quraşdırılmasında da şirkətimizin müvafiq təlim keçmiş personala, lazımi avadanlıq, alət və cihazlara malik, həmçinin, "Mebelin çatdırılması və quraşdırılması" təlimatına uyğun olaraq fəaliyyət göstərən quraşdırma xidmətindən istifadə etməyinizi tövsiyə edirik. Belə olduğu halda, şirkətimiz quraşdırılan mebelin keyfiyyətinə görə cavabdehlik daşıyır.
Sizə öz imkanlarınız hesabına və ya şirkət tərəfindən ixtisaslaşdırılmamış quraşdırıcıların xidmətindən istifadə etməklə mebeli quraşdırmaq, təmir etmək və ya aksessuarlarını dəyişməyi tövsiyə etmirik. Çünki, mebelin quraşdırılması xüsusi peşəkarlıq (müvafiq bilik və bacarıq; mebel istehsalının texnologiyası haqqında məlumat; istifadə olunan materiallar və konstruksiyalar haqqında məlumat; quraşdırma ardıcıllığı; quraşdırmada istifadə olunan bütün avadanlıqlardan istifadə bacarığı və b.) və təcrübə tələb edir.

Diqqət! Quraşdırma Embawood şirkətinə aid olmayan qeyri-peşəkar quraşdırıcılar tərəfindən həyata keçirildikdə mebelə verilən zəmanət qüvvədən düşür və həmçinin, düzgün quraşdırılmamış mebel istifadə zamanı insanların sağlığı və hətta həyatı üçün də təhlükə yarada bilər. 

Mebeldən ümumi istifadə qaydaları

Mebelin hər-hansı bir hissəsi ləkələnibsə, həmin hissənin dərhal təmizlənməsi tövsiyə olunur. Əgər ləkə bir müddət mebel hissəsinin üzərində qalsa, yayıla bilər və mebelin səthi xarab ola bilər.

Çətin təmizlənən ləkələrin çıxarılması üçün xüsusi təmizlik vasitələrindən istifadə etməyiniz tövsiyə olunur. Lazımi vasitənin düzgün seçimi üçün onun istifadə təyinatını düzgün oxuyun.

Kimyəvi təmizlik maddələrinin istifadəsi

Turşu, qələvi, həlledici kimi kimyəvi maddələrin mebellə təmasına yol verməyin. Həmin maddələr kimyəvi aktiv olduğundan onlarla təmas sizə və mebelinizə zərər yetirə bilər.

Laklı fasad

Unutmayın ki, laklı mebelə xüsusi qulluq etməsəniz, tədricən mebel öz təravətini itirə bilər. Buna hava şəraiti, ətraf mühit, yanlış baxım, günəş şüalarının aşırı təsiri səbəb ola bilər.  Laklı fasadların təmizlənməsi üçün  quru və yumşaq bezlə tərkibində cilalayıcı olan təmizlik maddələrindən istifadə etməyiniz tövsiyə olunur. Laklı fasad cilalayıcılarından da istifadə edə bilərsiniz, onlar eyni zamanda təmizləmə xüsusiyyətinə də malikdir.

Panel mebeldən  istifadə qaydaları:

Qapı və siyirmələri zərblə bağlamayın. Belə olduqda  mebelə qoyulmuş  şüşə və güzgülər qırıla, digər hissələr (petlə, ray, kranşteyn) sıradan çıxa  bilər.

Mebelinizin rəf və siyirmələri əşyalarla dolu olduğu halda mebelin yerini dəyişdirməyin.

Mebelin yerini dəyişdikdən sonra,  qapı və siyirmələri yenidən tənzimləyin.

Mebelinizin üzərinə dağılan  suyu dərhal silin və qurulayın.

Rəfləri və siyirmələri normadan artıq yükləməyin.

Qapı və siyirmələri zərblə açıb-bağlamayın.

Mebeldən təyinatına görə istifadə edin. Klaviatura siyirməsinin üzərində əyləşmək, jurnal masası və TV altlığının üstünə çıxmaq tövsiyə olunmur.

Klaviatura siyirməli masaların açma - bağlama əməliyyatı tək tərəfli (bir küncdən) aparılmamalıdır.

Mebelinizi daşıyan zaman hərəkətli hissələrini (klaviatura siyirməsi, sadə rəf, siyirmə, v.s..,) çıxararaq daşıyın. Əgər həmin hissələri çıxarmırsınızsa mebeli onların açılmayacağı istiqamətdə əyərək daşımağınız tövsiyə olunur.

Mebelləri itələyərək və ya sürüyərək daşımaq olmaz.

Bir neçə siyirməsi olan mebellərdə eyni anda birdən çox siyirmə açılmamalıdır.

Paltar dolabları yalnız paltarlar üçün layihələndirilmişdir. Asılqan və rəflərə uyğun olmayan əşyaları qoymayın, asmayın.

Mebeldə istifadə olunan işıqlandırma sistemləri uzun müddət fasiləsiz istifadəyə uyğun deyil.

Siyirmələri açıq saxlamayın (uşaqlar üstünə çıxıb sındıra bilər).

Kupe dolabların qapılarını  zərblə  bağlamayın.

İki mərtəbəli çarpayılar:

Çarpayıların ikinci mərtəbəsinin hündürlüyü 1500mm-dir. 7 yaşından kiçik uşaqların istifadəsi tövsiyə olunmur.

Çarpayılar yalnız uşağın yatması üçün layihələndirilmişdir.

Uşağınızın sağlamlığına zərər gəlməməsi və çarpayının zədələnməməsi üçün uşaqlara çarpayı üstündə dik dayanmağa, tullanmağa, oynamağa icazə verməyin.

Qorxuluğa söykənmək, sallanmaq, dırmaşmaq olmaz.

 

Döşək haqqında

Döşəklərin əsas funksiyalarından biri yatarkən bədənin düzgün vəziyyətdə qalmasını təmin etməkdir.  Bu da öz növbəsində yuxunuzu yaxşılaşdırır. Ümumiyyətlə, döşək sizin sağlamlığınıza bir-başa təsir edə biləcək mebel hissələrindən biridir. Odur ki, düzgün seçilmiş döşək sizin əhvalınızı xeyli yaxşılaşdıra bilər.

Döşəyin düzgün istismar qaydaları:
Döşəyi aldıqdan sonra ilk 3 ay, hər iki həftədən bir döşəyi çevirin. Sonrakı periodda 3 ayda bir dəfə çevirin.  Döşək baş-ayaq şəklində, yəni uzunluq boyu çevrilməlidir. Döşək ağır, şaquli yükləməyə məruz qalmamalıdır, yəni üzərində hoppanmaq və gəzmək tövsiyə olunmur. Belə yüklənmələr döşəyin ömrünü qısaldır. Döşəyin saxlanma və istismarı üçün tələb olunan hava şəraiti +10-dan +35 dərəcəyə qədər, nisbi rütubət 70%-dir. Əgər döşək daha soyuq hava şəraitində saxlanırsa öz istismar keyfiyyətini itirə bilər.

Yumşaq mebel:

Yumşaq mebeli temperaturu +10 C dərəcədən aşağı olmayan, nisbi rütubəti isə 45-70% arası olan havalandırılabilən otaqlarda istismar olunmalıdır.  Mənfi dərəcədən gətirilən yumşaq mebel quru, təmiz və yumşaq bezlə silinməlidir.

Mebelinizi birbaşa günəş şualarından qoruyun, istilik mənbələrinə, soyuq və nəmli divarlara yaxın məsafədə yerləşdirməyin.

Laklı və boyalı detalları nəm, turşu, qələvi, həlledicilərdən və mexaniki zədələrdən qoruyun.

Kitab şəklində açılan yumşaq mebelləri açıb-bağlayanda diqqətli olun.  Divanı açıb-bağlayarkən uşaqları məsafədə saxlayın və ümumiyyətlə bu işi uşaqlara tapşırmayın.

Kitab şəklində açılan mebelləri divardan ən az 15 cm aralı yerləşdiriniz. Bu məsafə mebelin funksiyalarını düzgün yerinə yetirmək üçün vacibdir. Belə olmadıqda divarı və ya mebelinizi zədələyə bilərsiniz.

Mebelinizi xalça yuyan və ya digər sulu və vakumlu təmizlik cihazları ilə təmizləmək tövsiyə edilmir.

Mebelin üzərinə çıxmayın, uşaqlara mebelin üzərində hoppanmağa icazə verməyin.

Mebelin üzərində paltar ütüləməyin. Bundan əlavə işləyən fen, isti çaydanlıq və digər istilik yayan ev alətlərini mebelin üzərinə qoymayın.

Mebelinizin qoltuq hissəsinin üstündə əyləşməyin. Bundan əlavə pərdə, şəkil və digər aksesuarları asmaq üçün qoltuğun üzərinə çıxmayın.

Pərdə asmaq, pəncərə silmək kimi işlərdə mebelinizin söykənəcək hissəsindən istifadə etməyin, çünki mexanizmi işə düşə bilər. Bu halda həm siz, həm də mebeliniz zədələnə bilər.  

Mexanizmləri, kitab kimi açılan mebellərin sandıqlarını bir kənardan tutub açmayın.  Bu halda  mexanizmlər tez sıradan çıxa bilər. Divanı açmaq üçün ortadan, ya da hər iki tərəfdən eyni anda proporsional olaraq tutub çəkmək lazımdır.

Otaqda mebelin yerini dəyişərkən, mebeli itələməyin, qoltuqdan tutub sürüməyin. Belə halda mebelin qoltuğu, ayağı və otağın döşəməsi zədələnə bilər.

Otaqda mebelin yerini dəyişdirmək üçün iki nəfər mebelin alt hissəsindən tutub qaldırmaqla həyata keçirmək mümkündür.

Mebelin altında  qalan xalça və digər döşəmə örtüklərinin yerini dəyişdirən zaman mebeli bir tərəfdən tutub qaldırmayın. Bu halda mebelin ayağı və digər bağlantı mexanizmləri zədələnə bilər.

stifadə olunan nərdivanları təyinatına uyğun istifadə emək lazımdır. Uşaqlarınıza nərdivanın üstündə tullanmağa, pillələrindən sallanmağa icazə verməyin .

Güzgülər:

Güzgüləri təmizlərkən pəncərə təmizliyi üçün təyin olunan sintetik vasitələrdən istifadə etməməyiniz tövsiyə olunur. Onlar ləkə və bulanma meydana gəlməsinə səbəb ola bilər. Quru təmizləmə də cızıqların əmələ gəlməməsi üçün arzu olunan deyil. Güzgü təmizləməsində naşatır spirtindən və ya xüsusi güzgü təmizləmə vasitələrindən istifadə edin.

Şüşələr

Şüşələrin həssas olduğunu və zərbə nəticəsində qırıla biləcəyini nəzərə alın. Ağır və sərt əşyaları şüşə rəflərin üzərinə yığmayın və zərbə vurmayın. Şüşəli rəflərin qalınlığı ən az 4mm-dir. Təmizlik üçün xüsusi olaraq təyin olunmuş təmizlik vasitələrindən istifadə edin. Təmizlikdə abraziv xüsusiyyətlərə malik təmizlik maddələrindən və ya metal tərkibli bez və süngərlərdən istifadə etməyin.

Hava şəraiti və ətraf mühitin təsiri

Mebel yaşayış yerlərində istifadə üçün təxsis edilmişdir, quru, isti, havalandırma imkanı olan yerlərdə istismar olunmalıdır.

Mebelin işığa, rütubətə, istiyə və soyuğa həssas olduğunu nəzərə alaraq bu şərtlərin mebelə təsir etməməsinə xüsusi diqqət yetirilməlidir.  Əks halda, mebelin köhnəlməsi, deformasiyası və hissələrinin istismara yararsız hala gəlməsi müşahidə oluna bilər.          

İşıq

Günəş şüalarının mebellə bir başa təmas etməsinə yol verməyin. Günəş şüalarının mütəmadi olaraq mebellə təmasımebel rənginin solmasına, üzləmə materiallarının soyulmasına və deformasiyaya yol aça bilər.

Temperatur

İstilik və ya soyuqluq dərəcəsinin yüksəkliyi, və ya hava temperaturunun birdən kəskin olaraq dəyişməsi mebelə ciddi ziyan vura bilər.  Mebeli soyuq və nəmli divarlara və ya istilik mənbələrinə (ən az 1 m) yaxın quraşdırmağınız tövsiyə olunmur. Mebelin saxlanılması və istifadə olunması üçün tövsiyə olunan istilik +10 - +25 dərəcə arasıdır. Mebelin üstünə qaynar alətləri (ütü, isti tava, qaynar çaydan v.s.) qoymayın.

Rütubət

Mebelin istismar edildiyi yer üçün tövsiyə olunan nisbi rütubət 60 - 70%. Mebeli uzun müddət rütubətli və (və ya) quru (xüsusən mütəmadi olaraq dəyişkən) hava şəraitində saxlanması tövsiyə edilmir. Belə hava şəraiti zamanla mebelin və ya onun hissələrinin dağılmasına səbəb ola bilər. Mebelin istismar edildiyi  yerdə bənzər şərait olduğu təqdirdə, həmin məkanın ventilyasiyasını təmin etməyiniz vacibdir. Bu məqsədlə, hava quruducusu və ya nəmləndiricilərdən istifadə edə bilərsiniz.

Mebelin səthinin hər zaman quru qalmasına diqqət edin. İslanmış mebel səthinin quru və yumşaq bezlə silinməsi tövsiyə olunur. Mebelin üz (fasad) hissələrini  xüsusi mebel yağları və ya islaq, yumşaq və təmiz bezlə silərək təmizləyin, sonra isə dərhal qurulayın. Təmizlik üçün kimyəvi maddələrdən (turşu, qələvi, həlledici) istifadə etməyin. Şüşə və güzgüləri quru bezlə silin, yağlı və çıxmayan ləkələri suda isladılaraq yaxşı sıxılmış yumşaq bezlə silin.

 

Təmizlik
 

Mebelin hər-hansı bir hissəsi ləkələnibsə, həmin hissənin dərhal təmizlənməsi tövsiyə olunur. Əgər ləkə bir müddət mebel hissəsinin üzərində qalsa, yayıla bilər və mebelin səthi xarab ola bilər.

Çətin təmizlənən ləkələrin çıxarılması üçün xüsusi təmizlik vasitələrindən istifadə etməyiniz tövsiyə olunur. Lazımi vasitənin düzgün seçimi üçün onun istifadə təyinatını düzgün oxuyun.

Kimyəvi təmizlik maddələrinin istifadəsi:

Turşu, qələvi, həlledici kimi kimyəvi maddələrin mebellə təmasına yol verməyin. Həmin maddələr kimyəvi aktiv olduğundan onlarla təmas sizə və mebelinizə zərər yetirə bilər.

Laklı fasad

Unutmayın ki, laklı mebelə xüsusi qulluq etməsəniz, tədricən mebel öz təravətini itirə bilər. Buna hava şəraiti, ətraf mühit, yanlış baxım, günəş şüalarının aşırı təsiri səbəb ola bilər.  Laklı fasadların təmizlənməsi üçün  quru və yumşaq bezlə tərkibində cilalayıcı olan təmizlik maddələrindən istifadə etməyiniz tövsiyə olunur. Laklı fasad cilalayıcılarından da istifadə edə bilərsiniz, onlar eyni zamanda təmizləmə xüsusiyyətinə də malikdir.