İnnovasiyalar

Funksionallıq, Rahatlıq və Erqonomiklik

Adətən mebel alışlarında insanlar mebelden onun əsas təyinatından başqa heç bir artıq funksiya gözləmirlər. Yəni dolab paltar asmaq üçündürsə, çarpayı da yatmaq üçündür. Lakin, bizim dizaynerlər komandası mebelin istehlakçılara maksimum rahat olmağı üçün əlavə funksiyaların da qoyulmasını zəruri hesab edərək bir çox modellərdə bu fikri tətbiq etdilər. Belə ki, gecə vaxtı paltar seçmək istəyənlər, işığı yandırmadan dolabın qapısını açdıqda asılqanların üzərinə qurulmuş fotoelementli işıqlandırma sistemi avtomatik işə düşür və dolabın içi işıqlandırılır. Əlavə olaraq, dolabların içində hər geyim növü üçün ayrıca bölmə qoyulmuşdur. Şalvarlar, köynəklər, aksessuarlar: hər biri öz yerində. Beləliklə, dolab daha nizamlı olmaqla, geyim axtarmağa daha az vaxt sərf olunur. Qadınların trümo qarşısında rahat bəzənməsi güzgüyə ayrıca işıqlandırma sistemi qoyulmuşdur. Yaxud da, yenə gecə vaxtı otaqdan çıxıb su içmək istəyənlər üçün çarpayının perimetri üzrə də sensorlu işıqlandırma sistemi qoyulmuşdur. Kitab oxuyanlar üçün isə ayrıca bir funksiya vardır. Belə ki, çarpayı başlığının sağ və sol tərəfinə kiçik lampalar qoyulmuşdur. Balaca və dar otaqları nəzərə alaraq əksər yataq dəstlərin dolabları iki şəkildə hazırlanmışdır: standart qapılı və kupe dolablar.

Bu prinsiplər yumşaq mebel üçün də əsas olaraq götürülmüşdür. Daha işlək və rahat mexanizmlərdən istifadə etməyə başlamışıq. Divanı açıb yataq yeri düzəltmək üçün artıq heç kimin köməyinə ehtiyac qalmadan, yüngül bir əl hərəkəti ilə mexanizmi işə salmaq mümkün olacaqdır. Gələcəyə isə xanımların işini daha da rahatlaşdırmaq üçün divanın oturacaq və söykənəcəklərin altı döşək olacaqdır. Bir əl hərəkəti ilə divan əsl çarpayıya dönür.

Italyan, Rus və Türk dizaynerlərin modelləri məhsul portfelinə əlavə ediləcək. Eyni zamanda modellər üzərində təbii ağac elementlərindən istifadə ediləcək. Mebellər şpon materialdan istifadə ediləcək.

Bu prinsipləri mağazalarımızda da qoruyuruq. Şirkətimizin daha bir yeniliyi müştərinin mağazada təkcə mebel deyil, həm də interyeri tamamlamaq üçün mebelə uyğun masa, stul və xalça ala biləcəkdir. Beləliklə mağazada biz artıq mebel deyil, konsept təqdim edirik.